Atilla Sandıqlı: "DEMOKRATİK TÜRKİYƏDƏ ORDU FƏRQLİ OLACAQ"
"Türkiyədə son 50 ildə ordu, dörd dəfə siyasətə müdaxilə edərək demokratiyanı zədələyib"
07-01-2012 / 11:24
FaktXeber.com-un verdiyi məlumata görə, Türkiə ordusunun keçmiş Baş Qərargah rəisi İlker Başbuğun "çevrilişə təşəbbüs" ittihamı ilə həbs olunaraq həbsxanaya göndərilməsi, ölkədə demokratiyanın yerləşməsi baxımından tarixi bir dönüş nöqtəsi kimi qiymətləndirilir.
"Kararı Bilgesam" beyin mərkəzinin hərbçi başçısı Atilla Sandıklı da bu cür düşünür. O, "bizim Avropa Birliyinə daxil olmaq müddətində, 1990-cı illərin sonunda başlayan və 2000-ci illərin əvvəlində də davam edən müzakirələr zamanı qanunlarımızda apardığımız dəyişikliklər Türkiyədə demokratiyanın yerləşməsi və dərinləşməsi baxımından dərin məna ifadə edir. Bu gün həmin dəyişikliklərin həyata keçirilməsinin sancılarını görürük. Demokratik bir Türkiyədə silahlı qüvvələrin mövqeyinin, çevriliş dövrlərindəki mövqelərindən daha fərqli olacağını hamımızın qiymətləndirməsi lazımdır. Türkiyədə son 50 ildə ordu, dörd dəfə siyasətə müdaxilə edərək demokratiyanı zədələyib", - deyə bildirib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.