FaktXeber.com-un "LiveScience" jurnalına istinadən verdiyi məlumata görə, Antarktidada yeni, dərinliklərdəki isti bulaqların aşkarlanması dünya okeanının canlılarla dolması ilə bağlı indiyədək mövcud olan nəzəriyyəni alt-üst edə bilər. Belə ki, alimlər Cənubi Amerikanın ən cənub sahili ilə Antarktida arasında yeni, unikal canlılar tapıblar. Maraqlıdır ki, onlar belə hidrotermal su mənbələrinin ətrafında yaşayan borucuqlu soxulcanlar, krevetkalar və midiyaları tapa bilməyiblər. Britaniyadakı Oksford Universitetinin zoologiya professoru, araşdırma qrupunun rəhbəri Aleks Rocers söyləyib ki, bir-iki yox, gördüyümüz hər şey elm üçün yeni canlılardır.
Alimlər "Ceyms Kuk" okeanoqrafik gəmisi və uzaq məsafədən idarə olunan "İsis" aparatı vasitəsilə 2,5 km dərinlikdə canlıları müşahidə ediblər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.