Fransız futbolçu İngiltərə çempionatının 7 oyununda çıxış edə biləcək
06-01-2012 / 17:53
"Arsenal", ABŞ-ın "New York Redd Bulls" klubunda oynayan keçmiş futbolçusu fransalı Tyeri Anrini 2 aylıq icarəyə götürüb. FaktXeber.com "dailymail"ə istinadən xəbər verir ki, "Arsenal" klubunun yayımladığı açıqlamada bildirlir ki, Anri ilə 2 aylıq müqavilə imzalanıb. Bu müddət ərzində fransız futbolçu İngiltərə çempionatının 7 oyununda çıxış edə biləcək.
Arsenalın fransalı baş məşqçisi Arsen Venger isə qeyd edib ki, Anri yanvar və fevral aylarında "Arsenal" forması geyəcək. Futbolçu bu 2 ay ərzində kluba böyük qatqı təmin edəcək.
Tyeri Anri bu ilin noyabrında ABŞ futbol çempionatı yekunlaşdıqdan sonra “Arsenal”ın düşərgəsində məşq edir.
Xatırladaq ki, 34 yaşlı futbolçu 1999-cu ildən 2007-ci ilədək “Arsenal”ın şərəfini qoruyub. London klubunun heyətində 226 qol vuran futbolçu klubun tarixi ərzində ən yaxşı bombardir ünvanına sahibdir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.