6 yanvar 2012-ci il tarixində KXCP qərargahında Vətəndaş Hərəkatı Forumunun təşəbbüsü ilə yığıncaq keçirilib. Bu barədə KXCP-nin mətbuat xidmətindən FaktXeber.com-a daxil olan məlumatda deyilir. Yığıncaqda Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Açıq Cəmiyyət Partiyasının sədri Vidadi Mahmudov, Liberal-Demokrat Partiyasının sədri Fuad Əliyev və Azadlıq Partiyasının sədri Əhməd Oruc iştirak edib.
Yığıncaqda Hərəkatın yaradılması ilə bağlı qərar qəbul olunub.
Növbəti yığıncaq yanvar 9-da keçiriləcək.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.