MƏTBUAT ŞURASI BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİNƏ MÜRACİƏT EDİB
Mətbuat Şurası Bakı Şəhər İcra Hakimiyyətinə səyyar qəzet satışında yaranmış problemlərlə əlaqədar müraciət ünvanlayıb
06-01-2012 / 17:09
FaktXeber.com xəbər verir ki, Mətbuat Şurası Bakı Şəhər İcra Hakimiyyətinə səyyar qəzet satışında yaranmış problemlərlə əlaqədar müraciət ünvanlayıb. Müraciətdə səyyar yayım işinin lisenziyalaşdırılmasına kömək göstərmək xahiş edilir.
Qurumun məlumatında bildirilir ki, bu günlərdə bir sıra səyyar qəzet satıcıları mövcud sahədəki çətinliklərlə əlaqədar Mətbuat Şurasına müraciət ünvanlayıb. Mətbuat Şurası 2005-ci ildə şəhərin mərkəzində qəzet stendlərində satışla bağlı oxşar problem yarandığını xatırladıb: “Həmin vaxt Mətbuat Şurası ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa görə mövcud istiqamətdə fəaliyyət göstərən şəxslər meriyadan müvafiq lisenziya ilə təmin olunmuşdular və məsələ həllini tapmışdı”.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.