"AZƏRİLAYT" 1 DOLLAR BAHALAŞARAQ 115.39 DOLLARA SATILIB
Dünya birjalarında digər markadan olan neftlərin qiyməti aşağı düşüb
06-01-2012 / 16:21
FaktXeber.com-un verdiyi məlumata görə, Nyu-Yorkun “NYMEX” (New York Merchantile Exchange) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 1,41 dollar azalaraq 101,81 dollar, Londonun İCE (İnterContinental Exchange Futures) birjasında keçirilən hərraclarda “Brent” markalı neftin bir barrelinin qiyməti isə 96 sent düşərək 112,74 dollar təşkil edib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən verilən məlumata görə, isə “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 1,07 dollar artaraq 115,39 dollara satılıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.