Azərbaycanda ilk dəfə “Google map” üzərindən Bakıda 3D formatda virtual gəzintini reallaşdıran www.Baku3d.az saytı istifadəyə verilib.
FaktXeber.com-un məlumatına görə, saytın əsas məqsədi paytaxt Bakıda olan parkları, muzeyləri, məscidləri, tarixi abidələri, hotel-restoranları, gözəllik salonları, avtosalonları, klinikaları, ticarət və əyləncə mərkəzlərini “3D” formatında birləşdirməkdir. Dünyanın istənilən nöqtəsindən İnternet istifadəçiləri sayta daxil olmaqla Bakıda virtual tur gəzintisi ilə tanış ola biləcək. Sayt kataloq xarakteri daşıyır.
Hazırda sayt rus dilində fəaliyyət göstərir, lakin yaxın zamanlarda Azərbaycan və ingilis dillərində də fəaliyyət göstərəcək.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.