"Aktiv narazı kütlə onları irəli apara biləcək bir qüvvə görmür və buna görə də meydanlara çıxmırlar"
06-01-2012 / 15:20
“Facebook” sosial şəbəkəsində bu günə qədər yaradılan müxalif qruplarda cəmiyyətin kifayət qədər narazı kütləsi cəmləşib. Bunlara misal olaraq “Xilas”, “İctimai Palata” və sair qruplarını göstərmək olar. Qrupa üzv olan şəxslərin 90%-ə yaxını hazırkı iqtidardan narazıdırlar və iqtidarın əvəz olunmasını tələb edirlər. Lakin etiraz aksiyalarının zamanı gəldikdə isə sosial şəbəkələrdə olan narazı kütlənin yalnız 2-3 faizlik hissəsi meydanlara çıxırlar.
Bəs sosial şəbəkələrdə olan narazı kütlənin meydanlarda görsənməməsinə səbəb nədir? Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu, adı çəkilən qruplarda yaradılan profillərin bir hissəsinin saxta olduğunu bildirdi: “Apardığım araşdırmalar zamanı məlum olub ki, adını çəkdiyiniz qruplarda 15-20 profil bir nəfər tərəfindən idarə edilir. Bu həmin profillərin yazışma tərzindən məlum olur. Sosial şəbəkələrdəki narazı kütlənin sayı orada göstərilən qədər deyil.”
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.