“Android 3.2” əməliyyat sistemi ilə işləyən “Acer İconia Tab A200” planşetinin qiyməti və satış tarixi haqqında informasiya məlum olub. FaktXeber.com-un “Liliputing” saytına istinadən verdiyi məlumata görə, ABŞ-da 8 Gb daxili yaddaş ilə olan qurğu yanvar ayının 15-də satışa çıxarılacaq və qiyməti 330 dollar olacaq. 16 Gbayt tutuma malik daşıyıcı ilə olan modelin qiyməti isə 30 dollar baha olacaq.
“Acer İconia Tab A200” planşeti 10,1 düymlü 1280x800 piksel ekran, ikinüvəli “NVİDİA Tegra 2” prosessoru, 1 Gb əməli yaddaş, 2 meqapiksel kamera, “Wi-Fi”, “Bluetooth” və “GPS” modulları, “microSD” slotu ilə təchiz edilib.
Planşetin ölçüləri 260x175x12,4 mm təşkil edir, çəkisi isə 720 qramdır. O, 3260 mA/saat tutumlu akkumulyatorla təchiz edilib. Akkumulyator videoya 8 saat fasiləsiz baxmağa imkan verir və gözləmə rejimində 16 gün işləyir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.