Mütəxəssislər qızıl nanohissəciklərini lazer vasitəsilə şiş yerinə çatdırmaqla xərçəng hüceyrələrinin böyüməsini dayandırmağa nail olublar
06-01-2012 / 12:38
FaktXeber.com-un verdiyi məlumata görə, misirli alimlər xərçəng xəstəliyinin qızılın köməyi ilə müalicəsində uğur qazanıblar. Bununla əlaqədar Qahirədə Milli Elmi Araşdırmalar Mərkəzində məxsusi mətbuat konfransı keçirilib. Mətbuat konfransında çıxış edən doktor Mustafa əs-Seyid bildirib ki, klinik təcrübələr bədxassəli şişlərin yayılmasının qarşısının alınmasında qızıl nanohissəciklər tətbiq edilməsinin səmərəli olduğunu göstərib.
O bildirib ki, mütəxəssislər qızıl nanohissəciklərini lazer vasitəsilə şiş yerinə çatdırmaqla xərçəng hüceyrələrinin böyüməsini dayandırmağa nail olublar. Doktor onu da qeyd edib ki, bu halda yalnız zədələnmiş hüceyrələrə təsir göstərilir, sağlam hüceyrələrə isə bunun heç bir ziyanı yoxdur. Alimlər klinik təcrübələri hələlik heyvanlar üzərində aparırlar. Əgər əlavə effektlərin olmaması tamamilə təsdiq edilərsə, xəstə insanlar üzərində sınaqlar başlanacaq.
Mustafa əs-Seyidin fikrincə, bu sınaqlar səmərəli olarsa, nanohissəciklərdən istifadə edilməsi qara ciyər, böyrək, dalaq xərçənginin müalicəsində həlledici rol oynaya bilər. Qızılın nanohissəcikləri nadir fiziki və kimyəvi xassələri ilə alimlərin böyük marağına səbəb olub.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.