20 MİN MANAT OĞURLADILAR, AMMA UZAĞA QAÇA BİLMƏDİLƏR
06-01-2012 / 12:12
FaktXeber.com-un verdiyi məlumata görə, Bakının Nərimanov rayonunda şirkət xəzinədarına qarşı müdhiş soyğunçuluq olub. Rayon Polis İdarəsindən verilən məlumata görə, "Electronics Arts" şirkətinin xəzinədarının külli miqdarda pulu əlindən alınıb.
Şirkətin direktoru Bahəddin Qarakidəyev yanvarın 5-də Nərimanov rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, naməlum şəxslər Fətəli Xan Xoyski 113 ünvanında şirkətin xəzinədarı Mərdan Xankişiyevə hücum edərək içində 20000 manat pul olan bağlamanı onun əlindən alaraq qaçıblar.
Milli.az-ın məlumatına görə, artıq cinayəti törətməkdə şübhəli bilinən şəxs artıq müəyyən edilib. İstintaq sirri olduğundan onun adı açıqlanmır.
Faktla bağlı Cinayət Məcəlləsinin soyğunçuluq (180-ci) maddəsi ilə cinayət işi başlanıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.