Qatil dostunu öldürdükdən sonra onun maşınına od vuraraq 250 metr hündürlükdən dərəyə yuvarlayıb
06-01-2012 / 10:53
Şamaxı rayonunda dəhşətli qətl hadisəsi baş verib. Rayon Polis Şöbəsindən verilən məlumata görə, ötən il dekabrın 28-də 1978-ci il təvəllüdlü Məhəmməd Nuriyev evdən çıxıb və bir daha geri qayıtmayıb.
Araşdırmalar zamanı məlum olub ki, Məhəmməd Nuriyevə dostu, Şamaxı rayonun Quşçu kənd sakini, 1982-ci il təvəllüdlü Qədirov Ağa dekabrın 28-də zəng edərək onu Ağsu rayon Padar kəndi ərazisinə çağırıb və ov tüfəngi ilə qətlə yetirib. İzi itirmək üçün Qədirov Nuriyevi öldürdükdən sonra onun meyitini mərhuma məxsus 44 BM 226 dövlət nömrə nişanlı “QAZel” markalı yük maşınına qoyaraq, Şamaxı rayon Dağ Göylər kəndinə gətirərək maşına od vurub, sonra isə yanan maşını 250 metr hündürlükdən dərəyə yuvarlayıb.
Qətli törədən şəxs artıq polis tərəfindən saxlanılıb. Məlumata görə, Ağa Qədirov və Məhəmməd Nuriyev dost olublar və bir neçə ildir ki, şərikli mal-qara alveri ilə məşğul idi. Hadisənin qısqanclıq zəminidə baş verdiyi bildirilir.
Faktla bağlı rayonun prokurorluğunda Cinayyət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb./ANS
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.