AZƏRBAYCAN BMT TƏHLÜKƏSİZLİK ŞURASININ 11 QAPALI MÜŞAVİRƏSİNƏ QATILACAQ
06-01-2012 / 10:50
Yanvarın 1-dən etibarən BMT Təhlükəsizlik Şurasına 2 illik qeyri-daimi üzv olan Azərbaycan bu ay öz səlahiyyətləri çərçivəsində 11 qapalı müşavirəyə, 3 müzakirəyə və 5 ümumi məlumatlandırma tədbirinə qatılacaq.
Bu barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən FaktXeber.com-a daxil olub.
Müzakirələr zamanı Orta Şərq, Suriya və digər ərəb ölkələrində baş verən hadisələr, o cümlədən BMT ilə Afrika Birliyi arasında əməkdaşlıq mövzusu diqqətdə olacaq. Xatırladaq ki, ötən gün Azərbaycan üzv kimi ilk dəfə Təhlükəsizlik Şurasının ilk iclasına qatılıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.