FaktXeber.com-un verdiyi məlumata görə, “PayPal” şirkətinin keçmiş rəhbəri Skot Tompson “Yahoo!” şirkətinə yeni baş direktor təyin edilib.
Qeyd edək ki, ötən ilin sentyabrında şirkət Kerol Bartsın baş direktor vəzifəsindən uzaqlaşdırıldığını elan etmişdi. Korporasiya nümayəndələri K.Bartsın işdən azad edilməsinin səbəbi isə açıqlanmamışdı.
S.Tompson şirkətin baş direktoru olmaqla yanaşı, Direktorlar Şurasının üzvü də təyin edilib. “Yahoo!”nun yeni rəhbəri şirkətə yanvarın 9-dan etibarən rəsmən başçılıq etməyə başlayacaq. Onun rəhbərliyi altında “PayPal” şirkəti qlobal onlayn ödənişlər bazarında öz mövqeyini xeyli möhkəmlədib, servisdən istifadə edənlərin sayı 50 milyon nəfərdən 104 milyon nəfərədək yüksəlib, gəlirlər isə 1,8 milyard dollardan 4 milyard dollaradək artıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.