Türkiyə Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi İlkər Başbuğ həbs edilib
06-01-2012 / 10:20
FaktXeber.com-un CNN-ə istinadən verdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi İlkər Başbuğ həbs edilib. Belə ki, ifadə vermək üçün dəvət edilən general məhkəmə zalından birbaşa həbsxanaya göndərilib. O, silahlı terror dəstələri yaratmaq və hakimiyyəti zorla devirmək cəhdlərində, eləcə də, hakim Ədalət və İnkişaf Partiyasını hörmətdən salmağa yönələn hərəkətlərdə şübhəli bilinir.
Qeyd edək ki, general İlkər Başbuğ 2010-cu ildə istefa verib.
Bu Türkiyə tarixində ilk hadisədir ki, Baş Qərargah rəisi olmuş şəxs ifadə vermək üçün istintaqa çağırılır və həbs edilir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.