ABŞ Aerokosmonavtika İdarəsi NASA-dan, "Mayya təqviminin sonu gəldiyi üçün bu il 21 dekabrda dünyanın sonunun olacağı" kimi xurafatlara inananları rahatlaşdıracaq sevindirici açıqlama verilib.
FaktXeber.com-un verdiyi məlumata görə, NASA alimləri 2012-ci ildə təhlükəli heç bir astronomik hadisənin olmayacağını açıqlayıb.
Açıqlamada, "21 dekabrda ilin ən uzun gecəsindən başqa bir hadisə olmayacaq; heç bir mənfi hal gözlənilmir", - deyilib.
Qeyd edək ki, Mayya təqviminin 144 min gün sonra başa çatacağı iddiasıyla ortaya atılan "Qiyamət günü" nəzəriyyələri arasında Yerin bir planetlə toqquşması, Günəş fırtınalarının Yerdə həyatı məhv edəcəyi və ya qütblərin sürüşərək yer dəyişdirməsi kimi nəzəriyyələr iştirak edir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.