Sinqapurun baş naziri Lee Hsien Loong maaşını son bir il ərzində ikinci dəfə endirərək illik 840 min dollara salıb
05-01-2012 / 14:36
FaktXeber.com-un verdiyi məlumata görə, ötən il keçirilən seçkilərdə səs itkisiylə üzləşəcəyi narahatçılığı ilə 36 faizlik ixtisarla maaşını 1 milyon 680 min dollara endirən baş nazir Loong, "böyük tənqidlə üzləşən nazir maaşlarını cəmiyyətin hirsini azaltmaq üçün öz maaşımla birlikdə yarıya qədər endirəcəyik" deyib.
Ancaq buna baxmayaraq, Loong endirilmiş yeni maaşıyla da dünyada ən çox qazanan siyasətçi adını özündə saxlayır.
Belə ki, Loong illik qazancı 400 min dollar olan ABŞ prezidenti Barak Obamadan 2 dəfə artıq qazanır. Maaşlardakı 50 faizlik endirimlərə baxmayaraq, iqtisadiyyatda artım baş tutarsa, kabinet işçilərinin hər üç ayda bir dəfə "Milli Mükafat" adı altında əlavə maaş alacaqları açıqlanıb.
Qeyd edək ki, dünyada ən çox milyoner vətəndaşa sahib ölkə olan Sinqapurda əhalinin 15.5 faizinin 1 milyon dollardan çox pulu var.
Honq Konq rəhbəri Donald Tsanqın maaşının 543 min 500 dollar, Yaponiya baş nazirinin ildə 513 min dollar, Avstraliya baş naziri Culia Gilların 379 min dollar, Malayziya baş naziri Najib Razakın da təxminən 87 min dollarlıq illik qazancı olduğu bildirilir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.