Türkiyə Neft-qaz Korporasiyası 2011-ci ildə gördüyü işlər barədə açıqlama verib
05-01-2012 / 13:17
FaktXeber.com-un Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Türkiyə Neft-qaz Korporasiyası (TPAO) Batman şöbəsi 2011-ci ildə 51 quyu qazdığını və bu quyulardan 6-sı istisna olmaqla qalanlarının hamısında neft tapıldığını açıqlayıb. 2011-ci ildə 8.5 milyon barrel neft hasil olunub. TPAO Batman şöbəsinin müdiri Süleyman Çalık bildirib ki, 2011-ci il ötən illərə nisbətən çox böyük bir iş və kəşf ili olmayıb. 2012-ci ildə isə hədəfləri 65 quyu qazmaq və ildə 8.5 milyon barrel neft çıxarmaqdır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.