İdmançı Twitter sosial şəbəkəsində qızdırma xəstələyinə tutulduğunu bildirib
05-01-2012 / 12:29
FaktXeber.com xəbər verir ki, karyerasını başa vurmuş dünya futbolunun fenomeni braziliyalı futbolçu Ronaldo ölümcül xəstəliyə yoluxub. İdmançı Twitter sosial şəbəkəsində qızdırma xəstələyinə tutulduğunu bildirib.
Futbolçu bir gün əvvəl xəstəxanadan çıxdığını və səhhətində irəliləyiş olduğunu vurğulayıb. Ronaldo xəstəliyə Braziliyanın şimalın-şərqində istirahət edən zaman ağcaqanad sancması nəticəsində yoluxa biləcəyini ehtimal edib.
Qeyd edək ki, yüksək hərarət, baş, əzələ ağrıları əlamətləri ilə müşahidə olunan bu xəstəlik ölümcül xəstəliklərdən sayılır. Ağırlaşma hallar olmasa, 2 həftədə keçir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.