"Ölkə müxalifətinin qarşıdan gələn seçkilərdə qalib olması vahid strategiya və namizədlə çıxış etməsi ilə mümkündür"
05-01-2012 / 12:19
Məlum olduğu kimi 2013-cü ildə ölkədə növbəti dəfə prezident seçkiləri keçiriləcək. Artıq iqtidar və müxalifət indidən seçki ilə bağlı fəaliyyətə başlayıblar. Lakin maraqlı olan budur ki, seçki ilə bağlı partiyalar kimlərin namizədliyini irəli sürəcəklər. Əgər müxalifət seçkilərdə vahid namizədlə iştirak etmək qərarı versə, bu təşəbbüsü müxalifət liderləri dəstəkləyəcəklərmi?
Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu, ölkə müxalifətinin qarşıdan gələn seçkilərdə qalibiyyətinin vahid strategiya və namizədlə çıxış etməsi ilə mümkün olduğunu bildirdi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.