TÜRKİYƏ DƏ 12 İLLİK MƏCBURİ TƏHSİL SİSTEMİNƏ KEÇİR
8 illik fasiləsiz təhsil ləğv ediləcək. Əvəzinə 4+4+4-dən ibarət pilləli sistem tətbiq olunacaq
05-01-2012 / 12:08
FaktXeber.com-un Türkiyənin "Zaman" qəzetinə istinadən verdiyi məlumata görə, ictimaiyyətin və təhsil müəssisələrinin etirazlarına baxmayaraq, 1997-ci ildən həyata keçirilən 8 illik "fasiləsiz" təhsil arxivə qovuşur. Yeni sistem 3 mərhələli 12 illik təhsilə çevriləcək. Yeni sistemdə ibtidai təhsil 4+4 şəklində iki pillədən ibarət olacaq. Daha sonrakı 4 il isə "orta təhsil" hesab ediləcək. Lisey təhsili təməl təhsil dairəsinə salınacaq və zəruri olacaq. Beləcə ibtidai təhsil və lisey təhsili "təməl təhsil" olaraq 4+4+4 şəklində yenidən təşkil ediləcək. AK Partiyanın 2010-cu ildəki Təhsil Şurasının qərarlarını əsas götürərək hazırladığı qanun təklifi son mərhələyə qədəm qoyub. Layihənin yaxın günlərdə Parlamentə təqdim ediləcəyi bildirilir.
Layihədə göstərilir ki, ilk addıma sinif müəllimləri, ikinci addıma isə sahə müəllimləri təhsil verəcəklər. Beləcə, şagird liseyə davam edərkən, xüsusilə peşə təhsili ilə əlaqədar istiqamətləndirmə dərslərini də alacaq.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.