ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
MİSİR REALLIĞI | "QƏRB RƏSMİLƏRİNƏ TƏKLİF EDİRİK Kİ, KORRUPSİYAYA BULAŞMIŞ ƏLLƏRİ SIXMASINLAR" | VƏKİLİ JURNALİST NİCAT ƏLİYEVLƏ GÖRÜŞƏ BURAXILMIR | ƏLİ KƏRİMLİ | BEN LADENİN YERİNİ DEYƏN HƏKİM 30 İL MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLDİ | TELEKANALLAR PREZİDENTİN AİLƏSİNİ REKLAM ETMƏKDƏ İTTİHAM OLUNDU | MİSİRDƏ SEÇKİ MƏNTƏQƏSİNİN QARŞISINDA POLİS ÖLDÜRÜLÜB | İCTİMAİ PALATANIN ACLIQ AKSİYASINA YENİ QOŞULANLAR VAR | MİLLİ MƏCLİSİN NÖVBƏDƏNKƏNAR SESSİYALARI KEÇİRİLƏCƏK | BİZ BU CÜR ÖZBAŞINALIQLARA QARŞIYIQ |

Foto Xəbər
GİNNESİN REKORDLAR KİTABINA DÜŞƏN DÜNYANIN ƏN BÖYÜK HOVUZU
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

İnfoqrafika

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sağlamlıq

Sual-Cavab

Audio

Video

Ailə

Gündəm

Sorğu

Nəticələr

Ən Çox Oxunanlar

Ən Çox Şərh Olunanlar


 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 AZƏRBAYCAN TAMAŞAÇISI BU QƏDƏR TƏHQİR EDİLMƏMİŞDİ

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

Xəbərlərimiz Sosial Şəbəkədə

 
 
 
İSLAM ÖZÜLÇÜLÜYÜ
 
 
İslam dini adi din deyil, elmi, əxlaqı, siyasəti, hüququ, məntiqi və fəlsəfəni özündə çulğalaşdıran nəhəng bir qurumdur


04-01-2012 / 18:03


Bu məqaləni mərhum prezident, AXCP lideri Əbülfəz Elçibəy 21 il əvvəl yazıb. Bu həm də Bəyin dövrü mətbuatda gedən yeganə məqaləsidir. Hesab edirik ki, dəyərli liderimizin bu yazısı son zamanlar ortaya atılan bəzi iddialara həm də tutarlı cavabdır.

***

Son illərdə “fundamentalist islam” və ya “islam fundamentalizmi” ifadələrinə kitab və qəzetlərdə, radio və televiziya verilişlərində, müxtəlif danışıqlarda tez- tez rast  gəlirik. Bu sözləri bilən bilməyən nə cür gəldi işlədir. Moskvanın dilində isə çox mənfi bir anlayışla səsləndirilir. Orada işləyən bir çox üzdəniraq “ideoloqlar” Stalin dövründən qalma üsulla öncə damğalar hazırlayır, sonra bu qurğuşun damğaları müasir ideologiya silahlarına doldurub xalqları  gülləborana tuturlar.
   Bu hal özünü qabarıq şəkildə Əfqanıstan hadisələrində göstərdi. Birdən birə Əfqanıstana basqın edildi. Ancaq ideoloji  damğa hazır deyildi. “İdeoloqlar” bu basqına necə haqq qazandırsınlar? Kimə qarşı hücuma keçib əfqanları qırırdılar? Köhnə ideologiya anbarına, şər cəbbəxanasına baxdılar. Tez - tələsik tapdılar: “basmaçlar?!”. Sonra oldu “əfqan basmaçları”. Sovetlərin müdafiə etdiyi əfqanlar vuruşduğu tərəfə təbii olaraq “düşmən” deyirdi. “Düşmən” sözündən Moskva damğa düzəltdi – “duşmanı”.
 “Basmaçı”, “duşmanı” damğaları elə bil mücərrəd anlayış halını ala bilmədi; hər ikisi ideoloji hücumda bir müddət işlədildi, ancaq çox yararlı olmadı. Üçüncü damğa hazırlandı: “islam fundamentalistləri”.
  Görün necə dəyişdi:  “düşmənlər”, “islam fundamentalistləri”. Burada sovet ideologiyası yeni uydurma ilə ucuz qələbə qazandı. Yazıq sovet adamları, görün bu ideoloqcığazlar sizi necə aldatmaq, necə çaş- baş salmaq istəyirlər. “Basmaçı”, “duşmanı” dedikdə bu bu yarlık yalnız əfqanlara aid olurdu. Belə olduqda bu ideoloqcığazlara heç kim yan durmurdu. “İslam fundamentalistləri” sovet adamlarının beyninə düşmən sifətində yeridiləndə Amerika, İngiltərə və bəzi başqa Avropa dövlətlərində bir yandan bu ideoloqcığazların tərəfdarları tapılır, başqa bir yandan da xristian təəssübkeşliyi yaranır. Sovet ideologiyası bu yeni damğanı lazım gələndə bütün müsəlman xalqlarına vurmaq üçün hazırlayıb. Ancaq yenə də vay Sovet İttifaqında yaşayan müsəlmanların halına. Niyə? Ona görə ki, Əfqanıstanda Nəcibullah...
 Burada haşiyə alındığına görə oxucu məni suçlu saymasa yaxşıdır. Deyəsən, sözün yeri gəlib; “Nəcibullah” adı “nəcib” və “allah” sözlərinin birləşməsindən yaranıb. Sovet ideoloqcığazlarının göstərişi ilə “Nəcibullah” adından “allah” sözü çıxarıldı, oldu sadəcə “Nəcib”. Haralardasa bu, istehza doğurdu; bir neçə ildən sonra yazıq Nəcibə icazə verildi ki, öz adını deyərkən “allah” sözünü də dilə gətirsin. Bu, elə-belə, təsadüf deyildi. Çoxlarının yadındadır ki, Çebrikov SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin sədri olanda onun yaxın qohumu – qızının əri, “Literaturnaya qazeta”nın SİYASİ icmalçısı (vay siyasətin halına) İqor Belyayev həmin qəzetdə islama aid məqaləsində islam dinini xatırlada biləcək “İslam”, “Din, Məhəmməd” və bu kimi başqa adların ləğv edilməsini tələb edirdi. Elçisi Gülüm olanın...-siyasi icmalçısı İqor Belyayev olanın başı qır qazanı olar!
 Bəli, mətləbə qayıdaq. Əfqanıstanda Nəcibullah rejiminə qarşı olanlara “basmaçı” de, “duşman” de, “fundamentalist” de, fərqi yoxdur - Amerika və başqa ölkələr onları müdafiə edəcək. Bir də Sovet İttifaqında dünyadan az məlumatı olan kütlələr aldanacaq, çaş-baş düşəcək. Fundamentalizmin kök atdığı İrana da bu sözlərlə zərbə vurmaq bir o qədər asan deyil! Əgər bunda sovet ideloqcığazları dərinə getsələr vay Eduardın halına! O dəfə Ayətullah Xomeyninin qarşısında necə dayancağını müəyyənləşdirmək üçün gərək “görkəmli” şərqşünas, siyasətbaz İqor Belyayevdən bir neçə ay dərs ala.
 Pakistana da “fundamentalist” sözünü mənfi çalarlarla işlətmək olmaz. O, belə şit zarafatları sevmir – cibində atom bombasına oxşar bir şey var.
 Türkiyəyə də “fundamentalist” damğası vurmaq olmaz. Təkcə ona görə yox ki, türklər özləri buna layiqli cavab verərlər, həm də ona görə ki, nüfuzlu xanım Tetçer Türkiyəyə səfərindən sonra “Qardian” qəzetinə verdiyi müsahibəsində qəti bildirmişdir ki, Türkiyədə demokratiya özünə elə möhkəm yer tapmışdır ki, bir daha geri qayıtmayacaq!
 Bəs bu “fundamentalist” damğası kimlərin, hansı xalqların alnına vurulmalı, ondan düşmən surəti yaradılmalıdır və nə üçün? Min rəhmət sənə , Üzeyir bəy! Bizim adımızı vəhşi qoyurlar, deməli, başımızı kəsməyə hazırlaşırlar. Sonradan başımızı kəsəndə desinlər ki, insanın yox, vəhşinin başını kəsdik.
 Xoruzun nəinki quyruğu, hətta özü görsənir. “Fundamentalist”, damğası artıq azərbaycanlılara, özbəklərə, türkmənlərə, tatarlara, taciklərə və Sovet İttifaqında yaşayan başqa müsəlmanlara vurulur! Qafqazda xristian xalqlara bu damğanı vurmaq mümkün olmadığından “Qafqaz millətçiləri” damğası yenidən işə salınıb. Köhnə damğadır deyin bir o qədər təsirli olmur. Yəqin ki, yenisini hazırlayırlar. “Ekstremist” damğasının da ağı çıxmaqdadır; hara gəldi vurdular, indi gülməli görsənir.
 Nə isə, yenə qayıdaq Ocaqqulunun axsaq qatırına, Sovet İttifaqının, bir az da xristianların bu qorxulu düşməni “fundamentalist” kimdir?
 Fundament “özül”, “təməl”, “əsas” deməkdir. Fundamental islam, yaxud islam fundamentalizmi “təməl islam”, ya da “islam özülçülüyü” mənasındadır. Yəni islam dininin özüllərinə dayanan dini və dünyəvi baxış!
 Bu baxışa yiyələnib onu həyata tətbiq edən və ya etmək istəyən “özülçü” adlanır.
 İslam dininin özülləri hansılardır?
1) Quran.
2) Sünnə və yaxud Məhəmməd peyğəmbərin hədisləri.
3) Dinin gövdəsi-üsuliddin.
4) Dinin budaqları-firuiddin.
5) İcma.
6) Şəriət.
7) Fiqh: a) fiqhin gövdəsi; b) fiqhin budaqları.
8) Kəlam.

Bu özülləri bilmək üçün hansı hazırlıqlar gərəkdir?
1) ərəb dilini, xüsusən də klassik ərəb dilini,
2) islam tarixini,
3) məntiqi,
4) süfiliyi,
5) ərəb ədəbiyyatını yüksək ölçüdə öyrənmək.

Bütün bu göstərilənləri dərindən bilməyən adam islamın özüllərini təlim edə bilməz. Sovet İttifaqında isə nə belə bir şəxs var, nə də belə bir məktəb. Belə olan şəraitdə özülçü, fundamentalist nə cür yetişə bilər?
 Aydın təsəvvür yaransın deyə bir neçə məlumatı burada sadalamağa məcburuq. Quran Rusiyada rus dilinə bir neçə dəfə tərcümə edilib, yeni tərcüməsi üzərində Moskva alimləri çalışır. Rus şərqşünaslığının böyüklərindən sayılan Kraçkovski çar Nikolayın qaynı idi. Qızıl pulla təchiz edilirdi. Ərəbistanda uzun müddət ərəblərin içərisində yaşamışdı. Ərəblər ona “ərəb şeyxi” deyirdilər. Klassik ərəb dilini dərindən mənimsəmişdi. Ancaq Quranın rus dilinə tərcüməsində yüzlərlə səhv buraxmışdı. Quranın azərbaycanca, tatarca, özbəkcə, tacikcə müasir tərcüməsi isə yoxdur. Bu xalqların 99 faizi ərəb dilini bilmir. Quranı bilməyənlər necə özülçü olurlar? Qurana onlarla böyük Şərq alimi təfsir yazıb, hamısı da ərəbcə. Sovet şərqşünasları Qurandan, onun qiraət, təfsir və təcvidindən bir əməlli baş çıxara bilmirlər. İllərlə cəhd göstərilir ki, bir-iki islamşünas mütəxəssis yetişdirilsin; şərqşünaslıq fakültələri, elmi institutlar dəridən-qabıqdan çıxıb özlərinə zorla bir-iki tutarlı ərəbşünas hazırlayırlar. Bəs necə olur öz-özünə kütləvi, üsyankar özülçülər yetişir?!
 Başqa misal. İslamın özüllərindən biri də peyğəmbərin hədisləridir. Təkcə IX yüz ildə yaşamış Buxarinin bir əsərində 7.275 hədis toplanıb. Yüzlərlə hədis kitabı var. Gəl bu özülü öyrən və təlim et, görüm necə edirsən!
 Şəriət elmlərinə bütün dünyada çox nadir və nəhəng şərqşünaslar az-çox müdaxilə edə biliblər. Sovet İttifaqında haradadır bu özülü bilən və öyrədən? Bunun nəinki özünü, heç tarixini də orta səviyyədə bilən yoxdur.
 Əgər birdən-birə Sovet İttifaqına bir mütəkəllim – kəlamçı mütəxəssis lazım gələrsə, onu 280 milyonluq əhalisinin içərisində tapa bilməz. Kəlam islam fəlsəfəsidir. Bu fəlsəfənin dili də başqadır. Bunu hər can duyammaz.
 Sonuncu misal: “Fatihə” surəsi 28 sözdən ibarətdir. Bu 28 sözə yeddi cildlik təfsir yazılıb, özü də ərəbcə.
 Başabəla Moskva uşaqları başları girməyən yerə bədənlərini pərçim edirlər. Bəli, islam özülçülüyü Sovet nəmənəciyəzələrinin boş laqqırtısı deyil ki, əhalini ələ salıb oynatsın. Ancaq bir şeyi deyə bilərik ki, Sovet İttifaqında fanatik xristianlar olduğu kimi fanatik müsəlmanlar da var ki, onlardan yana narahat olmağa dəyməz; onlar bilməyə-bilməyə islamın düşmənlərinə kömək edir. İslam dininə ateistlərdən daha çox bu fanatiklər zərbə vurur. (Orta əsrin müctəhidləri demişlər ki, “Allah islam dinini cahil müsəlmandan qorusun!”).
 Sonuncu sorğu: doğrudanmı Mərkəzin bir sıra siyasətbazları bu dediklərimizi bilmirlər? Bilirlər ki, özü də yaxşı bilirlər. Ancaq bu ayının yüz oyunu var bir armudun başında. Demokratiyanın işığını aralıdan görüb azadlıq qoxusunu duyan müsəlmanlar ona doğru can atırlar. Mərkəzin mənfur qüvvələri Şərqdə baş qaldırmış demokratik qüvvələri əzmək, qan gölməçələrində boğmaq üçün dünənki düşmənlərini – özlərinin dediyi kimi, “imperializmin və istismarın mənfur qalalarını” da xaç yürüşünə qoşmaq üçün çabalayırlar. Avropada “demokratiya” adı altında gizlənmiş ikiüzlü bir siyasət dolaşmaqdadır.
 Moskva siyasətçiləri islam özüllərinin mahiyyətini ya qanmır, ya da qanmaq istəmir. Bunlar həmin ideologiyanın varisləridir ki, dünənə kimi məscidləri, kilsələri, sinaqoqları dağıdıb xarabalıqlar yaradırdı. Dahiləri məhv etdirib onlara heykəllər yapdıran, hakimlərə gecə-gündüz mədhiyyə deyib öləndən sonra onların övladlarını, qohum-qardaşını belə həbsxanalara atdıran, əzdirən amansız cəllad ideologiyasından insan övladları hələ çox zülm və haqsızlıq görəcəklər.
 Azərbaycan Xalq Cəbhəsinin islam dininə və islam özülçülüyünə münasibəti necədir? AXC bütün dinlərə hörmətlə yanaşır. O, hər cür dini ayrı-seçkiliyə qarşıdır, xüsusən də islam dinində təriqət ayrı-seçkiliyinin qəti əleyhinədir. AXC-nin Nizamnaməsinə əsasən, dinindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları AXC-nin üzvü ola bilərlər.
 AXC vətəndaşların dini inanclarına hörmətlə yanaşır, onlara dini müəssisələrin yaradılmasına hər cür kömək göstərməyi özünə borc bilir. Bununla bərabər, biz islam mədəniyyətinin varisləriyik. Bu mədəniyyət təkcə müsəlmanların deyil, dünya xalqlarının ən zəngin mədəniyyət xəzinəsidir. Bu mədəniyyətin yaradıcılarından və varislərindən biri olduğuna görə Azərbaycan xalqının bütün dünyada fəxr etməyə haqqı vardır.
 İslam dini adi din deyil, elmi, əxlaqı, siyasəti, hüququ, məntiqi və fəlsəfəni özündə çulğalaşdıran nəhəng bir qurumdur. Dünya xalqları bu qurumdan nə qədər çox istifadə etsə bir o qədər də xeyir görər.
 Azərbaycanda Moskvanın dediyi mənada fundamentalizm yoxdur. Bunu Zaqafqaziya şeyxülislamı hacı Allahşükür Paşazadə də öz moizə və çıxışlarında dönə-dönə qeyd etmişdir. Ancaq biz əsl islam özülçülüyünü heç də mənfi bir anlayış kimi qəbul etmirik. İslamın özüllərini öyrənmək və öyrətmək bəşəriyyətə çox böyük xeyir verər. Məgər hamının peyğəmbər qəbul etdiyi Adəm və Nuh, müsəlmanların və yəhudilərin peyğəmbər saydığı İbrahim, yəhudilərin peyğəmbəri Musa, xristianların peyğəmbəri İsa, müsəlmanların peyğəmbəri Məhəmməd islam özülçülüyünə əsasən ən böyük peyğəmbərlər kimi təqdim edilirsə, Tövrat, Zəbur, İncil də Quranla yanaşı Allah tərəfindən göndərilmiş kitablar kimi insanlar öyrədilirsə bunun məntiqi mənası qardaşlığa, birliyə çağırmaq deyilmi?
 “Siz haqqın yolundan çıxsanız Allah sizin içərinizdən ən pisini sizə hakim təyin edəcək”, hədisini Moskva ideoloqları yaxşı bilsəydi bu günlərdə qalmazdıq.
 Azərbaycan Xalq Cəbhəsi bəşəriyyətin yaratdığı yaxşı nə varsa ondan insanlıq, azadlıq və demokratiya üçün istifadə etməyi qarşısına məqsəd qoyub. Elə buna görə də bu Cəbhəni xalq sevir, xalq müdafiə edir. O, xalqın cəbhəsidir. Demokratiya xalq hakimiyyəti deməkdir.

AXC-nin SƏDRİ:
ƏBÜLFƏZ ƏLİ ELÇİBƏY.
Bakı, 9 mart 1990-cı il.

“Azadlıq” qəzeti, 4 iyul 1990

 

Şərh et

Çap variantı

Rəylər

Nizami63 04-01-2012, 18:03
başdan-başa yanki-sionist mənafeyinə uyğun mövqedir...Elə haqqın yolundan çıxdığımız üçün yaradan bizə ƏIbülfəz Əliyevin ağaları qismində indiki iqtidarı hakim edib
 

Əsas bölmədəki digər xəbərlər.

n

22/05/2012 - 09:40 KURTLAR VADİSİ PUSU 160-CI BÖLÜM FRAQMENTİ YAYIMLANDI

n

15/05/2012 - 10:52 KURTLAR VADİSİ PUSUNUN 159-CU BÖLÜM FRAQMENTİ YAYIMLANIB

n

14/05/2012 - 14:18 NAZİM HİKMƏTİN ŞEİRİ LONDON METROSUNDA

n

10/05/2012 - 09:52 FRENSİS BEKONUN TABLOSU 44.9 MİLYONA SATILDI

n

08/05/2012 - 09:48 KURTLAR VADİSİ PUSU 158-Cİ BÖLÜMÜN FRAQMENTİ YAYIMLANDI

n

07/05/2012 - 21:02 "ŞUŞAMIN KİTABI" ÇAPDAN ÇIXIB

n

04/05/2012 - 12:00 ƏVVƏL SOYUNDULAR, İNDİ DƏ 80 MİNDƏN DƏM VURURLAR

n

03/05/2012 - 14:03 AZƏRBAYCAN TAMAŞAÇISI BU QƏDƏR TƏHQİR EDİLMƏMİŞDİ

n

01/05/2012 - 09:47 YAZIÇI ANAR SƏDRLİKDƏN GETMƏK ÜÇÜN ŞƏRT QOYDU

n

30/04/2012 - 16:57 TANIMADIĞIMIZ FÜRER

n

27/04/2012 - 13:19 300 MİN DOLLARLIQ TARİXİ QƏZA

n

27/04/2012 - 12:41 ŞİMALİ KİPRDƏ "AZƏRBAYCANIN MƏDƏNİYYƏT GECƏSİ" KEÇİRİLİB

n

25/04/2012 - 16:15 AZƏRBAYCANIN MƏDƏNİ İRSİ GÜRCÜSTANDA

n

24/04/2012 - 16:50 KURTLAR VADİSİ PUSUNUN YENİ FRAQMENTİ YAYILDI

n

23/04/2012 - 17:35 İSRAİL MƏDƏNİYYƏTİNDƏN NƏ GÖTÜRƏCƏYİK?! - (Foto)

n

23/04/2012 - 17:17 RASSI KROU NUH PEYĞƏMBƏR ROLUNDA

n

19/04/2012 - 12:27 FÜZULİNİN 5 ƏSRLİK VƏSİYYƏTİ

n

17/04/2012 - 10:13 KURTLAR VADİSİ PUSUDA HƏYƏCAN DAVAM EDİR

n

16/04/2012 - 12:41 BU GÜN ÇARLİ ÇAPLİNİN DOĞUM GÜNÜDÜR

n

13/04/2012 - 11:24 "SPOKOYNOY NOÇİ, MALIŞİ!" VERİLİŞİNİN APARICISI VƏFAT EDİB

n

12/04/2012 - 16:22 MİLLİ ŞURANIN 500 MİN MANATLIQ VƏSAİTİNƏ MÜTƏXƏSSİS YANAŞMASI

n

10/04/2012 - 09:31 KURTLAR VADİSİ PUSUDA MEMATİ GÜLLƏLƏNDİ

n

03/04/2012 - 12:18 ÇARLİ ÇAPLİNİN PAPAĞI SATILDI

n

03/04/2012 - 10:28 KURTLAR VADİSİ PUSUDA TERRORBAŞI ASILACAQ?

n

02/04/2012 - 16:34 PİŞİKLƏR BARƏDƏ ƏN YAXŞI 50 FİLM - (Siyahı)

n

02/04/2012 - 13:45 ABŞ VƏ TÜRKİYƏNİN ARASI DƏYƏ BİLƏR

n

29/03/2012 - 17:20 O ÖLDÜ, AMMA YENİ ÇƏKİLƏN FİLMDƏ ROL ALACAQ

n

29/03/2012 - 15:22 MİSTER BİN İNDONEZİYADA FİLMƏ ÇƏKİLİR

n

27/03/2012 - 14:20 "BUTA" FİLMİ BEYNƏLXALQ FESTİVALDA QALİB GƏLİB

n

27/03/2012 - 12:37 Nurəddin İsmayıl: "ÇAL AŞIQ, ÇAL"

n

27/03/2012 - 09:23 POLAD ƏLƏMDAR ŞİMALİ İRAQDAN SAĞ ÇIXA BİLƏCƏKMİ?

n

19/03/2012 - 09:35 YENİ SERİAL ÜÇÜN 4 MİLYON DOLLARLIQ MÜQAVİLƏ İMZALADI

n

14/03/2012 - 09:58 ƏCNƏBİLƏR ÜÇÜN "AZƏRBAYCAN DİLİ" KİTABI NƏŞR EDİLİB

n

13/03/2012 - 09:35 KURTLAR VADİSİ YENİDƏN SİYASƏTƏ DÖNDÜ - 151 BÖLÜM FRAQMENTİ

n

13/03/2012 - 09:20 BU GÜN İLAXIR - TORPAQ ÇƏRŞƏNBƏSİDİR

n

07/03/2012 - 11:20 DİSNEY CİZGİ FİLMLƏRİNİN MÜƏLLİFİ VƏFAT EDİB

n

06/03/2012 - 17:54 KURTLAR VADİSİ PUSUNUN YENİ SERİASI - POLAD OĞLUNU BASDIRDI

n

06/03/2012 - 13:01 BU GÜN YEL ÇƏRŞƏNBƏSİDİR

n

05/03/2012 - 13:06 "ULDUZ DÖYÜŞÜ"ndə PERSONAJLARIN YARADICISI VƏFAT EDİB

n

28/02/2012 - 16:37 AZƏRBAYCANDAN ERMƏNİSTANA MƏDƏNİ TƏKLİF

n

28/02/2012 - 10:56 BU GÜN OD ÇƏRŞƏNBƏSİDİR

n

28/02/2012 - 10:43 KURTLAR VADİSİ PUSUNUN YENİ SERİASINDA NƏLƏR BAŞ VERƏCƏK?

n

27/02/2012 - 11:41 MAYYALILARIN AXIRINA KİÇİK QURAQLIQ ÇIXIBMIŞ

n

27/02/2012 - 11:36 "OSKAR" KİNO MÜKAFATININ TƏQDİMETMƏ MƏRASİMİ OLUB

n

27/02/2012 - 10:18 "KURTLAR VADİSİ PUSU" ƏN YAXŞI SERİAL ADINI QAZANDI

n

27/02/2012 - 08:49 "XOCA" FİLMİNİN PREMYERASI OLDU

n

25/02/2012 - 15:02 SABAH "OSCAR" MÜKAFATININ TƏQDİMETMƏSİDİR

n

25/02/2012 - 12:46 AZƏRBAYCAN KİNO TARİXİNİN ƏN SƏS-KÜYLÜ FİLMLƏRİNDƏN BİRİ

n

24/02/2012 - 12:31 ERMƏNİ MÜĞƏNNİLƏR "AVROVİZİYA" MÜSABİQƏSİNİ BAYKOT EDİBLƏR

n

21/02/2012 - 10:41 BU GÜN İLK ÇƏRŞƏNBƏ - SU ÇƏRŞƏNBƏSİDİR

n

18/02/2012 - 12:06 "KÜL SƏNİN KİŞİ BAŞINA"

n

18/02/2012 - 11:28 AZƏRBAYCANIN RELİKTİV DİLLƏRİ SEMİNARI KEÇİRİLƏCƏK

n

17/02/2012 - 14:06 "AZƏRBAYCAN TELEKANALLARINDA TÜRK SERİALLARI BƏRBAD VƏZİYYƏTDƏ DUBLYAJ OLUNUR"

n

16/02/2012 - 12:09 AZƏRBAYCANIN MƏDƏNİ İRS ABİDƏLƏRİ TÜRKİYƏNİN MUĞLA ŞƏHƏRİNDƏ TƏQDİM OLUNUB

n

15/02/2012 - 15:05 BİR QONAĞAM BU DÜNYADA

n

14/02/2012 - 15:41 KURTLAR VADİSİ PUSUNUN YENİ SERİASINDA NƏLƏR BAŞ VERƏCƏK?

n

11/02/2012 - 11:46 AZƏRBAYCAN MƏDƏNİYYƏTİNƏ AĞIR İTKİ ÜZ VERİB

n

11/02/2012 - 11:35 "BİLİRSİNİZ NƏ VAR, MƏN ONUN ANASINI SEVİRƏM!"

n

09/02/2012 - 12:15 BU GÜN BERLİNDƏ BEYNƏLXALQ KİNOFESTİVALIN AÇILIŞI OLACAQ

n

06/02/2012 - 19:31 KURTLAR VADİSİ PUSUNUN YENİ SERİASINDA NƏLƏR BAŞ VERƏCƏK?

n

06/02/2012 - 16:36 LİAM NİLSON CANAVAR ƏTİ YEDİYİNƏ GÖRƏ HEYVANSEVƏRLƏRİN QƏZƏBİNƏ TUŞ GƏLDİ (foto)

n

06/02/2012 - 11:28 SƏNƏDLİ FİLMLƏRİ İLƏ DÜNYADA TANINAN MƏŞHUR REJİSSOR MAYKL DE QREYB AVİAQƏZADA HƏLAK OLUB

n

04/02/2012 - 12:31 TANINMIŞ KİNOREJİSSOR ZALMAN KİNQ VƏFAT EDİB

n

04/02/2012 - 11:47 MƏŞHUR AKTYOR BEN QAZZARA VƏFAT EDİB

n

31/01/2012 - 11:31 KURTLAR VADİSİ PUSU 146-CI BÖLÜM FRAQMANI

n

24/01/2012 - 12:07 KURTLAR VADİSİ PUSUDA BÖYÜK MÜƏMMA

n

20/01/2012 - 14:55 DƏRDİMİZİ QANAN GƏLSİN

n

19/01/2012 - 13:00 KODAK MÜFLİSLƏŞDİYİNİ ELAN EDİB

n

17/01/2012 - 21:31 KURTLAR VADİSİ PUSUNUN YENİ FRAQMANI REKORD QIRDI

n

16/01/2012 - 11:23 "KURTLAR-VADİSİ"NİN 9 YAŞI OLDU

n

16/01/2012 - 11:11 "QIZIL QLOBUS" MÜKAFATININ TƏQDİMETMƏ MƏRASİMİ OLDU

n

16/01/2012 - 10:12 MİRAS AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ İLƏ BİRLİKDƏ SEMİNAR KEÇİRİB

n

13/01/2012 - 13:14 GEY SEVGİSİ

n

13/01/2012 - 10:10 "MİRAS" 2 YAŞINI QEYD EDİR

n

11/01/2012 - 10:42 ORTA ƏSR ŞƏHƏRLƏRİMİZ SƏLCUQLAR VƏ ATABƏYLƏR DÖVRÜNDƏ

n

10/01/2012 - 13:46 DAHİ RƏSSAMIN DAHA BİR ƏSƏRİNİN OĞURLANDIĞI BİLDİRİLİR

n

09/01/2012 - 16:38 BAHALI KİTAB EVLƏRİ VƏ QAÇAN OXUCU

n

09/01/2012 - 14:48 ADAM, GEDƏK DÜNYANIN O ÜZÜNƏ

n

04/01/2012 - 18:03 İSLAM ÖZÜLÇÜLÜYÜ

n

03/01/2012 - 23:08 POLAD ƏLƏMDAR GÜLLƏLƏNDİ - (Video)

n

28/12/2011 - 13:26 TARZANIN ÇİTASI 80 YAŞINDA ÖLÜB

n

27/12/2011 - 17:08 "MƏN NƏ ÖZÜMÜZƏ QAPANIB QALMAĞIN TƏRƏFDARIYAM, NƏ DƏ DÜNYAYA QARIŞIB ÖZÜMÜZÜ İTİRMƏYİN"

n

27/12/2011 - 14:43 KURTLAR VADİSİ PUSUDA ABDULHEY VURULDU

n

26/12/2011 - 12:03 "KOROĞLU"NUN ABİDƏSİ AÇILIŞA HAZIRDIR

n

24/12/2011 - 14:20 YAŞAR NURİNİN VƏZİYYƏTİ AĞIRDIR

n

21/12/2011 - 11:25 POLAD ZAZANI ƏLƏ KEÇİRDİ

n

20/12/2011 - 10:34 MİRAS SUMQAYITDA SEMİNAR KEÇİRİB

n

16/12/2011 - 18:08 TARİX KİTABLARIMIZDA CİDDİ QÜSURLAR VAR

n

15/12/2011 - 17:00 QƏDİR RÜSTƏMOV SON MƏNZİLƏ YOLA SALINDI

n

15/12/2011 - 11:33 TÜRK SERİALLARINDA RÜŞVƏT SKANDALI!

n

15/12/2011 - 10:11 BU GÜN ŞAİR RAMİZ RÖVŞƏNİN DOĞUM GÜNÜDÜR

n

13/12/2011 - 11:23 POLADIN AİLƏ ÜZVLƏRİ ÖLDÜRÜLDÜ

n

12/12/2011 - 09:50 "HALO DAYI"NIN VƏZİYYƏTİ HƏLƏ DƏ KRİTİKDİR

n

11/12/2011 - 13:34 "QURBAN SƏİD: MÜBAHİSƏLƏR VƏ HƏQİQƏT"

n

06/12/2011 - 10:15 YENİ TAMAŞA - "KOD ADI: QOCALAR EVİ"

n

06/12/2011 - 09:37 YAŞAR NURİNİN VƏZİYYƏTİ KRİTİKDİR

n

03/12/2011 - 12:27 ALMANİYADA AZƏRBAYCAN ZİYALILARI GÖRÜŞDÜ

n

02/12/2011 - 11:08 BAKIDA İMAM HÜSEYN HAQQINDA ŞER GECƏSİ KEÇİRİLDİ

n

29/11/2011 - 14:22 "MUXTARNAMƏ" FİLMİNİN YAYIMINA BAŞLANDI

n

26/11/2011 - 10:56 MİRAS İCTİMAİ BİRLİYİ TÜRKİYƏDƏ OLUB


Google-də Axtar
FaktXeber-də Axtar

Günün Sitatı
ƏLİ KƏRİMLİ
"Azərbaycan hökumətinə yaxın bir qrup insanın xeyli sayda inanclı kəsimin sevdiyi şəxsi təhqir etməsi yanlış bir addımdır"
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

BİZƏ BU DA AZDIR
Aqil Mehdi
aqilmehdi@gmail.com

"EUROVİSİON" NƏ QƏŞƏY ŞEY İMİŞ
Emilya Tağıyeva

AŞKARDA ŞEYTANA LƏNƏT EDIB, GIZLINDƏ ONA ITAƏT ETMƏYƏK
Xəyal Şükür

BİRDƏN GEYLƏR "AZADLIQ" MEYDANINI İSTƏDİLƏR
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

ÖZ DƏRDİNƏ GÜLƏN İNSANLAR
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

FÜRSƏT, BU FÜRSƏT
 
Türk yazarlar
Fuat Türker

Allah Kadını İşitti
İbrahim Akın

Kadrolu Din Adamı Olunmaz
 
Arxiv



Valyuta Çevirici
Valyuta.com
 
Sayğac

Hava Haqqında
 


 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR  . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.