HƏRBİÇİLƏRİN HÜQUQLARINI MÜDAFİƏ EDƏN HÜQUQŞÜNAS HƏBS EDİLDİ
Ona Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi qaldırılıb və 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib
04-01-2012 / 13:18
Bayraq meydanında Hərbi Dəniz Qüvvələrinə nə vaxtsa aidiyyatı ollmuş xidməti evlərdə yaşayan vətəndaşların mülkiyyət hüquqlarını müdafiə edən "İnamla hüquq" MMC-nin direktoru Bəxtiyar Məmmədov dekabrın 30-da həbs edilib. Bu barədə iqtisadçı ekspert, ReAl Hərəkatı İdarə Heyətinin üzvü Zöhrab İsmayıl Facebook sosial şəbəkəsində bildirib. Onun sözlərinə görə,
Şahin Sultanov
B.Məmmədova qarşı HDQ-nin komandiri vitse-admiral Şahin Sultanovun qondarma şikayətinə əsasən Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi qaldırılıb və 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Bəxtiyar Məmmədov qeyd olunan yaşayış binasından 10 min manatın müqabilində çıxmaqdan imtina edən iki hərbçi və bir məcburi köçkün ailəsinin hüquqlarını müdafiə edirdi. HDQ-nin komandiri hərbçi ailələrini məhkəməyə vermişdi, onlar da B.Məmmədovun direktor olduğu MMC ilə müqavilə bağlamışdı və onların adından dövlət qurumlarına şikayətlər ünvanlamışdı.
28 dekabrda hərbçilərinin birinin məhkəməsi başlanmışdı, lakin o müdafiəçisinin məsləhətinə əsasən prosesdə iştirak etməyib. İki gün sonra isə sözügedən qondarma ittihamla hüquqşunas Səbail Polis İdarəsi tərəfindən həbs olunub.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.