DİQQƏT! HAKERLƏR 2012-ci İLDƏ YENİ ÜSULLARLA HÜCUM EDƏCƏK
Ağıllı telefonlar (Smartphone), tablet və dizüstü kompyuterlər, online bankçılıq əməliyyatından istifadə edənlər, xəbərdarlıq edilənlər arasındadırlar
04-01-2012 / 12:54
FaktXeber.com xəbər verir ki, ağla sığmaz hücum texnikaları ilə texnologiya dünyasının qorxulu yuxusuna çevrilən hakerlər, 2012-ci ildə yeni üsullardan istifadə edcəklər. Texnologiya nəhəngi "İntel"n anti-virus proqramə “McAfee Lab”ın rəhbərinin köməkçisi Vincent Weafer, mövzuyla əlaqədar verdiyi açıqlamada bildirib ki, kiber hücumlar 2011-ci ildə müşahidə edilən təhdid və təhlükələr eynilə davam edəcək. Artıq hakerlər yeni hədəflərini açıqlayıblar.
Hakerlər 2012-ci ildə 5 ana nöqtədən hücum edəcəklər:
''Mobil telefonlar vasitəsi ilə keçirilən bankçılıq əməliyyatlarından, ağıllı telefonlar, tablet və dizüstü kompyuterlərlə online bankçılıq əməliyyatından, “embedded system” vasitəsi ilə edilən hücumlar, GPS sistemləri, kompyuterlə idarə olunan tibbi cihazlar, kabelsiz cihazlar, dicital kameralar və.s hakerlərin hədəfində olacaq."
Vincent Weafer həmçinin bildirib ki, ''Anonymous'' adlı haker qrupu da 2012-ci ildə başda dövlət başçıları, siyasətçilər və iş dünyasının öndə gələn adlarına aid kiber sistemlərə hücum edəcəklər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.