HƏBS EDİLƏN RUHANİ FƏRAMİZ ABBASOVUN OĞLUNA CİNAYƏT İŞİ AÇILIB
Hicab Məhbusu Hacı Fəramiz Abbasovun oğlu Kamran Abbasova saxta ittihamla cinayət işi açılıb
04-01-2012 / 12:19
Azərbaycanın tanınmış ruhanilərindən biri olan və hicab qadağasına etirazını bildirdiyi üçün saxta ittihamlarla həbs olunan Seyyid Fəramiz Abbasovun oğlu Kamran Abbasova qarşı cinayət işi açılıb. Kamran Abbasov atası Fəramiz Abbasovun üzünə duran yalançı şahid Əlihüseyn Kərimovu döyməkdə ittiham olunur.
Belə ki, Sentyabr ayının 14-ü Hicab Məhbusları Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Mövsüm Səmədov, onun qaynı Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədov, partiya sədr müavini Vaqif Abdullayev və Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, ruhanilər Seyyid Fəramiz Abbasov və Zülfüqar Mikayılzadənin cinayət işi üzrə məhkəmə iclasından sonra Kamran Abbasov tərəfindən döyüldüyünü iddia edən Masallı rayon Öncəqala kənd sakini Əlihüseyn Kərimov K.Abbasovdan polisə şikayət etmişdir.
Kamran Abbasova qarşı Bakı şəhəri Nəsimi rayon polis idarəsində 221.2.1 və 127.2.3 maddələri ilə cinayət işi açılmışdır.
Kamran Abbasov bildirib ki, atası Fəramiz Abbasovun üzünə duran şahidlər Masallı polis əməliyyatçısı Nazim Əkbərov, Masallı rayon sakini Camal Qasımov indi də onun üzünə duraraq Nəsimi polisinə Kamran Abbsovun Ə. Kərimovu döydüyünü bildirmişlər. Masallı rayon polis idarəsinin cinayət axtarış bölməsinin rəisi Əbülfət Abdullayev də yazılı izahat verərək Əlihüseyn Kərimovu Kamran Abbasovun döydüyünü yazmışdır.
Qeyd edək ki, şikayətçi Əlihüseyn Kərimov və hər üç şahid Nazim Əkbərov, Camal Qasımov və Əbülfət Abdullayev Fəramiz Abbasova qarşı sürülən yalançı ittihamlara görə Seyyid Fəramizin üzünə duraraq şahidlik etmişlər.
Kamran Abbasov açıqlamasında, ona qarşı sürülən yalançı ittihamın atası Fəramiz Abbasovla bağlı olduğunu bildirib.
"Masallı polisi mənə daim xəbərdarlıq edərək atam Fəramiz Abbasov barəsində susmağı tapşırmışdı. Yəqin bu tapşırığa əməl etmədiyim üçün belə bir saxtakarlıqla üzləşmişəm." xeber44.com
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.