BU GÜN BMT TƏHLÜKƏSİZLİK ŞURASININ İLK TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün Azərbaycanın iştirakı ilə BMT Təhlükəsizlik Şurasının ilk toplantısı keçiriləcək
04-01-2012 / 11:54
Bu gün Azərbaycanın iştirakı ilə BMT Təhlükəsizlik Şurasının ilk toplantısı keçiriləcək. Rusiya və ABŞ da daxil olmaqla, BMT-nin bir sıra üzvləri Azərbaycanın TŞ-da fəaliyyətə başlamasını alqışlayıblar.
Azərbaycan və digər dörd ölkə - Mərakeş, Qvatemala, Pakistan və Toqo yanvarın 1-dən Təhlükəsizlik Şurasında iki il müddətinə səlahiyyətlərinin icrasına başlayıb.
BMT informasiya mərkəzindən verilən məlumata görə, Suriyadakı iğtişaşlar və İranın nüvə məsələsi Təhlükəsizlik Şurasının yaxın gələcəkdə əsas prioritetləri olacaq. Azərbaycan BMT-dəki tərəfdarlarına əsas qlobal problemlərin həllində konstruktiv rol oynayacağını bildirib.
Xatırladaq ki, Rusiya və ABŞ da daxil olmaqla, BMT-nin bir sıra üzvləri Azərbaycanın qurumun Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü qismində fəaliyyətə başlamasını rəsmi olaraq alqışlayıblar.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.