"QALATASARAY" YENİ MÖVSÜMƏ QƏLƏBƏ İLƏ BAŞLADI - (Video)
"Qalatasaray" "İstanbul Böyük Şəhər Bələdiyyəsispor"a 4:1 hesabı ilə qalib gəlib
04-01-2012 / 11:41
FaktXeber.com xəbər verir ki, Türkiyə superliqasında 18-ci turun oyunlarına start verilib. Turun maraqla gözlənilən qarşılaşması “Türk Telekom Arena”da lider “Qalatasaray”la “İstanbul Böyük Şəhər Bələdiyyəsispor” arasında olub. GS ilk dövrədə 0:2 hesabıyla məğlub olduğu rəqibinə bu dəfə 4:1 hesabı ilə qalib gəlib.
3 yanvar
“Qalatasaray” – “İstanbul Böyük Şəhər Bələdiyyəsispor” – 4:1
Qollar: Əmrə Çolak, 7 (1:0), E.Viska, 14 (1:1), Əmrə Çolak, 51 (2:1), Milan Baroş, 72 (3:1), Səlcuk İnan, 90+1 (4:1)
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.