Xəstəxanada Qurandan ayələr oxuynaraq cinlərlə danışır, onları ələ keçərdikləri adamın bədənindən çıxarmaq üçün razı salırlar
04-01-2012 / 11:24
Çeçenistanın Qrozni şəhərində açılan "İslami Müalicə Mərkəzi" digər adıyla Cin xəstəxanasında cin vuran insanlar müalicə edilir. Faktxeber.com ”Habertürk” saytına istinadən xəbər verir ki, 4 mərtəbli binanın girişində "Şəfasız heç bir xəstəlik yaradılmamışdır", digərində isə "Nazil etdiyimiz Quran, müsəlmanlar üçün şəfadır" ayələri yazılıb. İçəri girərkən ayaqqabıları çıxartmaq şərtdir.
Cin xəstəxanası, 3 il əvvəl president Ramzan Kadirovun təlimatıyla tikilib. Mütəxəssislər batil inanclara sahib xalqın, cindar, cadugər kimi insanların yanına gedərək pul verib cadularla, tilsimlərlə aldadılıb istismar edilməsinin qarşısını buy olla almağa çalışırlar. Xəstəxananın bütün xərcləri Kadirovun atası sabiq president Əhməd Kadirov fondunun büdcəsindən ödənilir.
Buraya gələn xəstələr əvvəlcə yoxlamadan keçirilirlər. Yoxlama zamanı kimi cin vurub-vurmadığı aydınlaşdırılır. Xəstəxanaya müraciət edən şəxslərin əvvəlcə gözləri bağlanır. Daha sonra Qurani Kərim dinlədirlər. 20 dəqiqə quran dinləyən şəxslərdən nə hiss etdikləri soruşulur. Verilən cavablarla uyğun olaraq, onların problem müəyyənləşdirilir.
GÖZ QAPAQLARI TİTRƏYİRSƏ DEMƏLİ CİN VURUB
Cin vurub-vurmaması bu cür müəyyən edilir: Əgər gözləri bağlı bir şəkildə Quran dinləyərkən, göz qapaqları titrəyir, gözləri sağa-sola hərəkət edirsə, ağlayırsa, bədəni sarsılırsa, huşunu itirirsə ya da bəzən "oxumayın" deyə qışqırırsa deməli onu cin vurub. Əgər Quran dinləyən adamın bədənində istiləşmə, xüsusilə baş bölgəsində hiss edilirsə, deməli ona cadu edilib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.