Bakıda qardaş bacısını qısqanclıq üstündə bıçaqlayıb
03-01-2012 / 11:40
FaktXeber.com-un Daxili işlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yanvarın 2-də saat 00.30 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsində qəsəbə sakini Xəyyam Kərimov qısqanclıq zəminində bacısı Xuraman Hüseynovaya bıçaqla xəsarət yetirib. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, bacısını bıçaqlayan Xəyyam Kərimov könüllü olaraq Qaradağ Rayon Polis İdarəsi 38-ci polis bölməsinə gələrək istintaqa təslim olub.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.