İT, kompüterlər, texnologiyanı 2011-ci ildə yüksək templə inkişafı öz növbəsində video oyunlar və onların inkişafından da yan keçmədi. Bəs bu ilin ən yaxşı PC oyunları hansılar idi?
30-12-2011 / 16:21
İT, kompüterlər, texnologiyanı 2011-ci ildə yüksək templə inkişafı öz növbəsində video oyunlar və onların inkişafından da yan keçmədi. Bəs bu ilin ən yaxşı PC oyunları hansılar idi?
İlk əvvəl onu qeyd etmək istərdim ki bu il daha çox 1-ci və 3-cü şərx şuter və müharibə oyunları daha çox üstünlük təşkil edirdi. İstifadəyə verilmiş oyunların siyahısında bu cür oyunların payı daha çoxdur. İndi isə keçək top listimizə… 1. Battlefield 3
Düşünürəm bu oyun haqda eşitməyən, məlumatı olmayan, internetdə ən azı bir videosuna baxmayan heç bir kəs tapılmaz. Mükəmməl, çox detallı hazırlanmış qrafikası, realistik fizika və səs effektləri bütün oyun həvəskarlarını diqqətini cəlb edir. Oyunda yeni tərtib edilmiş Frostbite 2 oyun mühərriki istifadə edilmişdir ki bu da kölgə və işıq effektləri, massiv partlayışlar və fizikada BF3-ü bütün digər oyunlardan çox daha fərqli və göz oxşayan edir. Oyunun reallığı, səs effektləri hətta oyun oynamağı sevməyən insanları belə valeh edə biləcək səviyyədədir. BF3 oyununu oxşar digər oyunlardan fərqli edən bir başqa cəhət isə əsas hədəfin oyun konsolları (PS3, Xbox 360) deyil, məhz PC-nin seçilməsidir.
Oyun bir çox kritiklər və müsabiqələr üzrə 60-dan çox mükafat və ümumi isə 80-dən çox nominasiyaya layiq görülmüşdür. Hətta Google da 2011 üzrə statiskalarında bu ilin axtarış mühərrikində ən çox axtarılan oyun olduğunu bildirmişdi.
2. Crysis 2
Növbəti səs küy yaradan oyun da məhz şuter/müharibə janrındadır. Crysis və Crysis: Warhead oyunlarının uğurlarından sonra CryTek şirkəti istənilən cəhətdən daha möhtəşəm 2-ci seriyanı oyun həvəskarlarına təqdim etdi. Crysis 2 bir qədər fantastika üzərində qurulmuş gələcək dövrün, həmçinin insanlar və gəlmələr arasındakı müharibələrindən bəhs edən gözəl qrafika, fizika və səs effektləri ilə hazırlanmış oyundur. Crysis 2-də CryTek şirkəti yeni oyun mühərriki – CryEngine 3 istifadə etmişdir ki, bu da oyuna əvvəlki seriyalarda istifadə olunan CryEngine 2 mühərriki ilə müqaisədə daha detallı qrafika və daha realistik fizika gətirmişdir.
3. Call of Duty: Modern Warfare 3
Və daha bir şuter/müharibə oyunu. Call of Duty seriyası hər bir kompüter istifadəçisinə məlumdu, yəqin ki hər kəs ən az 1 seriyasını oynamış olar. Seriyasının 8-ci oyunu olan CoD: MW3 daha detallı qrafika və gözəl səs effektləri, həmçinin oyunun sujetinə uyğun xüsusi seçilmiş soundtrekləri oyunu daha baxımlı və cəlbedici edir. Həvəskar istifadəçi kütləsi və marketinq cəhətdən BF3 oyunu ilə ilboyu qızğın mübarizədə olan oyun rəqibindən qrafika və oyun fizikası cəhətdən bir qədər zəif olduğunu görsək də maraqlı sujeti ilə BF3 oyununu geridə qoyur. Dünya üzrə yarım milyarddan çox kopyada satılan oyun, seriyasının və janrının ən uğurlu oyunu adını qazandı.
Hətta oyun üçün “The Vet & The n00b” adı ilə maraqlı bir video da hazırlayıblar:
4. Need For Speed: The Run
Need For Speed seriyası… bütün yarış oyunları sevən insanların bir nömrəli oyunu. EA oyunlarının digərləri kimi NFS: The Run oyunu da hər tərəfdən çox inkişaf etdi, geympley reallığa bir addım daha yaxın oldu. Əslində The Run seriyası bir çox klassik NFS oyunlarını sevənlərin ürəyini oxşadı. Most Wanted və Carbon seriyalarından sonra NFS-in bir qədər oyun tipi və sujetini dəyişməklə daha çox qapalı mühütlü yarış növlərini seçməsi çox sayda yarış oyunu həvəskarlarını NFS-dən uzaqlaşdırdı. Keçən ilin 4-cü rübündə satışa çıxarılan NFS: Hot Pursuit isə klassik NFS ruhunu geri qaytarmaqda yeni bir addım olmuşdusa, NFS: The Run yenidən dönüşdə çox böyük uğur oldu. Gözəl, çox-detallı düşünülmuş qrafika ilə hazırlamış avtomobillər və onların realistik mühərrik səsləri, geniş, çox gözəl hazırlanmış landşaft, tez-tez dəyişən və oyunu sıxıcı, tipik etməkdən uzaqlaşdıran hava şəraiti və yollar oyuna xüsusi özəllik qatır. Klassik NFS-dən danışırıqsa oyunda başqa nə olmalıdır? Sözsüz ki qanun qoruyucuları polislər… Onlar da oyunu daha aktiv, “action” tipli etməklə yarış zamanı da oyunçuya xeyri problem və çətinlik “yaradırlar”. Onu da qeyd edim ki, oyunda BF3-də istifadı olunan Frostbite 2 mühərriki istifadə olunmuşdur, Əvvəlki seriyalardan fərqli olaraq oyun fasiləsiz və dayanmadan gedir ki, bu da oyuna maraqlı sujet xətti ilə qatır. Bütün bunları nəzərə alaraq bu Need For Speed: The Run oyunun bu ilin ən yaxşı oyunları sırasında göstərmək olar.
5. Assassin's Creed: Revelations
Hər il yeni versiyası istifadə verilsə də Assassin’s Creed oyunun məhz bu seriyası daha çox maraqla gözlənilən olmuşdu. Qrafika cəhətdən əvvəlki Brotherhood seriyasından ən az 2 dəfə daha detallı və gözəl işlənməsini qeyd etmək lazımdır. Bu seriyanın başqa bir xüsusiliyi ilə oyunun və hadisələrin artıq İtaliyada deyil, 16cı əsrin əvvəllərində Osmanlı dövlətinin paytaxtı İstanbulda (Konstantinopol) cərəyat etməsidir. Bildirməliyəm ki, məhz bu səbəbdən türk-dilli xalqlarda, elə həmçinin də bizdə bu oyunun oynanması və duyacağınız doğmalıq sizə xüsusi həzz verəcək.
İlk baxışdan oyunun sujeti bir qədər qarışıq olduğu təəssüratı oyatsa da gedişatla bu qarışıqlıq yerini maraq və cəlbedici tərtib edilmiş sujetə verir. AC seriyalarına xas olaraq burada da sujet boyunca bir çox tarixi qəhrəmanlarla üzləşmək mümkündür. O dövrdə hələ 17 yaşında olan Sultan Suleyman, atası Sultan Səlim və Şahzadə Əhmədi bu cəhətdən misal göstərmək olar.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.