Eynulla Fətullayev 5 saylı cəzaçəkmə müəssisəsində siyasi məhbuslarla görüşüb
30-12-2011 / 13:13
FaktXeber.com xəbər verir ki, hüquq müdafiəçisi Eynulla Fətullayev 5 saylı cəzaçəkmə müəssisəsində siyasi məhbuslar Rüfət Hacıbəyli və Elnur İsrafilovla görüşüb.
E.Fətullayev məhbusların saxlanma şəraiti və səhhəti ilə maraqlanıb, onlarla ayrıca söhbət edib.
O, həmçinin cəzaçəkmə müəssisəsinə də baxış keçirib, xeyli nöqsan aşkar etdiyini, müəyyən təmir işlərinin şahidi olduğunu deyib, nöqsanlar və müsbət işlərlə bağlı geniş hesabat hazırlayacağını vurğulayıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.