Ukrayna 2015-ci ildən "Sapsan" çoxfunksiyalı taktiki raket kompleksinin sınağına başlayacaq
30-12-2011 / 12:14
FaktXeber.com-unverdiyi məlumata görə, Ukrayna 2015-ci ildən "Sapsan" çoxfunksiyalı taktiki raket kompleksinin sınağına başlayacaq. "Əgər bu qiymətləndirmə aparsaq, hesab edirəm ki, 2015-ci ilin yayında sınaqları həyata keçirə bilərik", - deyə Ukrayna Dövlət Kosmik Agentliyinin rəhbəri Yuri Alekseyev bildirib. Yeni raketlər köhnəlmiş "Skad"ları əvəzləyəcək.
Qeyd edək ki, cari ilin aprel ayında Ukrayna prezidenti Viktor Yanukoviç bildirmişdi ki, "Cənub" konstruktor bürosu "Sapsan"ın layihəsi üzərində işləri başa çatdıraraq onu təsdiqləyiblər. Yeni raketin hazırlanmasına 3.5 milyard qrivni (435.8 milyon dollar) lazımdır. Kompleksin texniki parametrləri barədə məlumat verilmir. Ancaq təkcə o bəllidir ki, "Sapsan" 280 km məsafədəki obyektləri məhv etmək gücündədir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.