ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
MİSİR REALLIĞI | "QƏRB RƏSMİLƏRİNƏ TƏKLİF EDİRİK Kİ, KORRUPSİYAYA BULAŞMIŞ ƏLLƏRİ SIXMASINLAR" | VƏKİLİ JURNALİST NİCAT ƏLİYEVLƏ GÖRÜŞƏ BURAXILMIR | ƏLİ KƏRİMLİ | BEN LADENİN YERİNİ DEYƏN HƏKİM 30 İL MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLDİ | TELEKANALLAR PREZİDENTİN AİLƏSİNİ REKLAM ETMƏKDƏ İTTİHAM OLUNDU | MİSİRDƏ SEÇKİ MƏNTƏQƏSİNİN QARŞISINDA POLİS ÖLDÜRÜLÜB | İCTİMAİ PALATANIN ACLIQ AKSİYASINA YENİ QOŞULANLAR VAR | MİLLİ MƏCLİSİN NÖVBƏDƏNKƏNAR SESSİYALARI KEÇİRİLƏCƏK | BİZ BU CÜR ÖZBAŞINALIQLARA QARŞIYIQ |

Foto Xəbər
GİNNESİN REKORDLAR KİTABINA DÜŞƏN DÜNYANIN ƏN BÖYÜK HOVUZU
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

İnfoqrafika

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sağlamlıq

Sual-Cavab

Audio

Video

Ailə

Gündəm

Sorğu

Nəticələr

Ən Çox Oxunanlar

Ən Çox Şərh Olunanlar


 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 AZƏRBAYCAN TAMAŞAÇISI BU QƏDƏR TƏHQİR EDİLMƏMİŞDİ

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

Xəbərlərimiz Sosial Şəbəkədə

 
 
 
HƏBSDƏ OLAN İSLAM PARTİYASI LİDERİNİN EVİNDƏ
 
 
"Əgər desəydilər ki, səni filan çıxışına, filan sözünə görə həbs edirik, bu indikindən fərqli olardı. Biz də fikirləşərdik ki, əməlləri doğru olmasa da, sözləri dürüstdür"


29-12-2011 / 18:09


Bir qış mövsümündə hakimiyyət əleyhinə çıxış edən və 12 il həbs cəzası alan Azərbaycan İslam Partiyasının lideri Hacı Mövsüm Səmədovun qapısını bir başqa qış mövsümündə döyüb xanımı Mehparənin halını soruşdum. 

“Özümüzü sahibsiz saymırıq və Hacıdan da qat-qat böyük qüvvənin bizi qoruduğunu hiss edirik”

- Ailə başçısız bir il necə keçir?

- Evin böyüyünün evdə olmaması ailə üçün çox çətindir. Xüsusilə də ailə üzvlərinin bir-birinə bağlılığı çox sıx olanda ayrı qalmaq daha ağır olur. Bəlkə də bu, etiqadımıza, oxuduğumuz elmə görədir. Biz hər bir dərdimizi, fikrimizi bölüşməyi, müzakirə etməyi öyrənmişik. İndi belə bir bölüşmədən məhrum olmaq hamımıza çox çətin gəlir. Yəni mənəvi cəhətdən tək qalmışıq.

Hacı tək ailə üçün yox, yaxın qohumları, dostları üçün də adi adam deyil. Hər bir cəhətdən onlara əl tuturdu, xüsusilə dini-etiqad və mənəviyyat baxımından. Hacı kimi adamlarla ünsiyyətə girmək, nəsildə belə bir şəxsin varlığı böyük nemətdir. Hesab edirəm ki, belə şəxsiyyət hər nəslə qismət olmur.

Problemə maddi baxımdan yanaşsaq, əlbəttə, çətinlik var. Amma bunların öhdəsindən gəlməyi bacarırıq... Bu bir ildə xeyli yaxşı dost da tapmışıq. Bu olaylardan sonra çox adam bizə üz tutub. Dünyada yaxşı insanlar hələ varmış...

- Bəs ailənin dindar olması, eyni zamanda həbs edilən şəxsi siyasi məhbus sayanların olması hansı çətinlikləri yaradır?

- Hacı ilə məktublaşırıq. Ona suallar vermişəm ki, sənin həbsinə səbəb olan çıxışı edəndə heç ailəni, yaxın dostlarını, qohumlarını düşünmüşdünmü? Çox sakit halda cavab verir ki, mən bütün əzizlərimi İmam Zaman ağaya tapşırmışam.

Biz özümüzü sahibsiz saymırıq və Hacıdan da qat-qat böyük qüvvənin bizi qoruduğunu hiss edirik. Mən bunu nə böyüdürəm, nə də şişirdirəm. Bunu açıq-aydın hiss edirəm.

- Mövsüm bəy həbs olunandan sonra ailə üçün ən narahat keçən günü necə xatırlayırsız?

- Evdə axtarış aparılan gün... O vaxt qızım Zəhraxanım çox yaxşı bir hərəkət etdi. Axtarışa gələn şəxsləri “Quran”a əl basdırdı ki, evdə obyektiv axtarış aparsınlar. Bunda da bir ilahilik var. Eyni zamanda dalbadal baş verən hadisələrin fonunda həmin gün biz özümüzü itirmədik. Əksinə, evə axtarışa gələnlərin halı tutulmuş idi ki, bu cür iş görürlər. Bizdən daim heç bir iş görməyəcəklərinə dair üzr istəyir, deyirdilər ki, sadəcə evə baxıb gedəcəklər. Hətta evə buraxılmaları üçün neçə saat xahiş etdilər. Axı onları qapı ağzında çox gözlətdim. Evdə kişi xeylağı olmayan vaxt dindar ailənin evinə yad kişi daxil ola bilməz. Həmin gün cürbəcür zənglər oldu, mən polis idarəsinə zəng etdim, ordan mənə dedilər ki, gərək gedib idarədə izahat verim və sairə. Çox işlər oldu, elə bil bunların arasında Allah bizə çıxış yolu göstərdi.

Daha sonra həyatımızda bir hadisə baş verdi ki, mütləq sonu ölümlə nəticələnməli idi. Amma çox şükür ki, salamatçılıqla bitdi hər şey.

- Mövsüm bəyin tibbi təhsili var. Bəs necə oldu o, dini sahəyə keçdi?

- Hələ Tibb Universitetində təhsil alanda Hacı ərəb tələbə yoldaşından namaz qılmağı öyrənib. Daha sonra isə bu sahədə özünü təkmilləşdirməyə başladı. Sovet dövründə müəyyən qadağalar olsa da, Hacının nəslində dinə bağlı şəxslər olub. Vaxtlı-vaxtında namaz qılıb, oruc tutublar. Təxminən 1990-cı illərdə Hacı ölkə daxilində dini sahədə biliklərini artırmağa cəhd edib, müəyyən araşdırmalar aparıb.

15 il öncə Hacı ilə birlikdə təhsil almaq üçün yığışıb Qum şəhərinə getdik. 2 körpə uşaqla, çox çətinlikdən keçərək dini dərs aldıq. Qum şəhərinin dini hövzəsində, həmçinin İmam Xomeyni adına olan Beynəlxalq İslam Universitetinin Qumdakı filialında dərs oxumuşuq. “Qurani-Kərim”in təfsiri, fəlsəfə, tarix, fiqh (dini hökmlər) və başqa sahələrdə məlumat almışıq.

“Quran”ın “Ənbiya” surəsinin 97-ci ayəsində deyilir: “Özlərinə zülm etmiş kəslərin ölümü çatdıqda onlardan mələklər soruşar, niyə belə günə düşdünüz? Onlar cavab verərlər ki, biz yer üzündə məzlum idik (yəni mühitimiz bizim dindar olmağımıza icazə vermirdi). Onlara belə deyərlər: “Allahın yeri geniş deyildimi ki, hicrət etmədiniz (köçüb başqa yerə getmədiniz)? Sonra belələrini cəhənnəmə atarlar”.

Biz bu və bu kimi ayələri örnək edib dinimizi öyrənmək üçün adama əziz olan ata-anadan, bacı-qardaşdan, qohumlardan ayrılıb Qum şəhərinə elm almağa getdik.

- Nəyə görə məhz Qum şəhərinə?

- Hacı dünyadakı mötəbər dini mərkəzləri araşdırdı. Dini elmlərin mərkəzi əvvəl Nəcəf şəhəri sayılırdı. Sonradan diktator Səddam Hüseynin üzdəniraq səyləri nəticəsində zəifləmişdi. Buna görə də Qum şəhəri dövrün daha təkmil dini mərkəzinə çevrilmişdi.

- Bəs nə vaxt vətənə döndünüz?

- 6 il sonra Hacının valideynlərinin istəyi ilə vətənə qayıtdıq. Həyatımızı əqidə və elmimiz əsasında qurmağa çalışdıq. Quba camaatı bilirdi ki, biz dini təhsillə bağlı hara getmişik. Məclislərdə Hacı Mövsümü önə çəkib daim onun elmdən danışmasını istəyirdilər. Beləliklə, Hacı Mövsüm camaat içərisində böyük hörmət qazandı.

- Bəs oxuduğu tibb sahəsində Mövsüm bəy heç çalışmayıb?

- Çalışıb. Ali məktəbi bitirdikdən sonra Qubanın Digah kəndində ambulator məntəqədə baş həkim vəzifəsində işləyib. 2 il.

- İslam Partiyasının sədrliyinə necə gəldi?

- 2007-ci ildə partiyanın sədrliyi ona tapşırıldı və elə o vaxtdan da biz Bakıya köçdük. Sədr olarkən də Hacının işi dini maarifləndirmədən başqa bir şey olmayıb. Hamı bunu çox gözəl bilir, amma nədənsə deməyə çəkinirlər.

- Bayaq dediniz ki, Mövsüm bəyə “niyə elə çıxış edirdin” sualını vermisiz. Həmin çıxışda Azərbaycan cəmiyyətinin durumu, eləcə də dövlət başçısı ilə bağlı xeyli kəskin fikirlər vardı. Mövüm bəy belə bir çıxış etməsinin nədən qaynaqlandığını deyir?

- Dəfələrlə həmin çıxışa qulaq asmışam. Amma deyim ki, bu gün cəmiyyətdə ondan da kəskin, tənqidi fikirlər səslənir. İstər sadə adamlar tərəfindən, istər ictimai xadimlər tərəfindən. Amma onların heç biri həbsə atılmayıb.

Onun bu çıxışını bir qədər də təsirli edən Hacının İslam Partiyası adından danışması olub. Həmin tənqidi fikirlər partiya adından səsləndiyinə görə daha təsirli və kəskin alınıb.

- Mövsüm bəy haqqında səslənən fikirlərdən biri də onun İrana bağlılığıdır.

- Hacının partiya fəaliyyətinə görə mən nəsə deyə bilmərəm. Lakin onu deyə bilərəm ki, Hacı oxumuş adam olduğuna və müəyyən səviyyəyə gəlib çatdığına görə islamdakı xüms və zəkatlardan istifadə edə bilərdi. Həmin xüms və zəkatın bir hissəsi dinin yayılmasına sərf olunurdu və bu, dinimizdə də var. Tədbirlər təşkil olunar, məclislər qurulardı.

Qaldı İrana, bir ildir bu vəziyyətdəyik, əgər İran maliyyə yardımı edəndirsə, bu bir ildə nəsə edərdi də Hacının ailəsinə... Bizə ancaq yaxın qohumlar və yaxın dostlar yardım edir, bununla dolanırıq.

Bizim İrana bağlılığımız yalnız mənəvi baxımdandır. Hacı öz məqalələrində, çıxışlarında da deyib ki, mən İranla olan qardaşlığımıza, rabitəmizə görə fəxr edirəm. İran elə bir yerdir ki, bir qarış torpağını Səddam Hüseyn işğal etmişdi, 13-14 yaşlı İran gənci ayağa qalxdı, şəhid oldu, torpaqlarını müdafiə etdi. Amma Azərbaycan torpağının 20 faizi işğal altındadır və 20 ildir vəziyyət belə davam edir. Bizim ölkə hansı səmtə gedir? Bəlkə elə tək bu fakta görə bu ölkədən örnək götürək...

- Həftədə bir dəfə ona ərzaq aparırsınız. Bunu necə çatdırırsınız və əsas probleminiz nədən ibarətdir?

- Ərzaq çatdırılmasında əsas maneə rüşvətlə bağlıdır. Ərzaq çantasını təhvil verəndə mütləq üstünə 5 manat qoymalısan. Əgər bir məktub yollamaq istəyirsənsə, mütləq 10 manat verməlisən, yoxsa götürmürlər. Əsas problem bununla bağlıdır.

Ərzaq çantasının düzəlməsi isə Allahın köməkliyi ilə mümkün olur. Hər cümə fikirləşirəm ki, bu dəfə nə yollayım, amma şənbə günü hər şey öz-özünə düzəlir. Ya anam, ya bacım, ya hansısa qohum, yaxud yaxın dostların yardımı yükümüzü yüngülləşdirir.

- Rüşvət tələb etmə tək islamçılara, dindarlara qarşıdır, yoxsa siz ümumi vəziyyəti təsvir edirsniz?


- Müşahidələrə əsasən demək olar ki, bu, ümumi vəziyyətdir. Bu mənzərə insanların necə məzlum olduğu təəssüratını yaradır məndə. Biz Bakıdan gedirik, amma elə ziyarətçilər olur ki, ucqar dağ kəndindən gəlir və necə kasıb, necə imkansızdırlar. Bu, insafdan deyil axı...

- Əsas ehtiyacı nədir Hacı Mövsümün? Çöldəkilərdən istəyi nə olur?

- O, elə bir adamdır ki, ehtiyacını çox vaxt bildirməz. Xüsusi istəyi isə kitablarla bağlı olur.

- Hökm oxunan gün - 7 oktyabr günü Səmədovlar ailəsi üçün tarixə necə yazıldı?

- Allah şahiddir ki, belə bir qəddar hökmün çıxarılacağını gözləmirdim. Hakim hökmü oxuyanda bir anın içində donub qaldım. Halım yaxşı deyildi. Amma sonra fikir verdim ki, bu gün bizim məmləkətdə dinimiz məzlum vəziyyətə düşüb. Məscidlər sökülür, hicablı qızlarımız məktəbə gedə bilmir, onların səsləri də hec kimə çatmır. Nəhayət, bir nəfər tapıldı ki, ayağa qalxıb bu barədə söz danışsın. Şükür Allaha ki, ölkədə islam dininə olan münasibətə görə söz deyən şəxs bizim ailədən çıxdı.

Əvvəl-əvvəl Hacının, digər dindarların həbs olunmasından xeyli narahat oldum. Amma sonra toxtaqlıq tapdıq. “Quran”da belə bir ayə var: “Allah-təalaya yavər olsanız, kömək etsəniz, Allah da sizə kömək edər və sizin qədəmlərinizzi sabitqədəm edər”. Belə ayələr mənə çox dayaq durur.

- Hadisələrə uşaqların reaksiyası necədir bəs? Nərgiz balacadır, yəqin ki, ətrafda nələrin baş verdiyini bilmir...

- Nərgizin 2 yaşı var. Dəfələrlə məhkəməyə aparmışam. Dalbadal atasını hər həftə gördü. Sonra bir həftə aparmadım. Bərk xəstələndi. Heç nə yemir, heç nə içmirdi. Bildim ki, atasına görə belə edir. Elə bil böyüklər kimi fikir çəkirdi... yemək yox, içmək yox... Növbəti dəfə apardım. İnanın ki, məhkəmədə atasını görəndən sonra halı düzəldi.

- Uşaqlardan sizə dəstək varmı?

- Bəli, çoxdur, həddindən artıqdır. Gözümün işığı onlardır. Eyni zamanda bizə dəstək verən bütün mömin bacı-qardaşlara minnətdaram. Hacı həbs olunandan sonra o qədər dost tapmışam... Bu qədər yaxşı adamların olmasına çox sevinirəm.

- Övladlarınız Zəhra və Zeynalabdin təhsillərini harda davam etdirirlər?

- Zəhra Bakıdakı İran məktəbində oxuyur. O, 6-cı sinifə qədər rus məktəbində təhsil alıb. Bundan sonra isə onu İran məktəbinə keçirmişik. Məhz elə bu hicab məsələsinə görə.

“Mənim atam Azərbaycanda islamın ölməməsini istəyir”

Mövsüm Səmədovun qızı Zəhra da söhbətə qarışır:

- Mən 9 yaşımdan başımı bağlamışam. Bəlkə bu yaşda olanlara hamı balaca gözü ilə baxır. Amma Allah bu yaşda olan qızlara böyük kimi baxır. Ona görə də bizim üçün vəzifələr qoyub və onlardan biri də hicabdır.

- Atanın həbsi ilə bağlı fikrin necədir? Səncə, nəyə görə atanı həbs ediblər?

- Bir misal çəkim. Bu il yayda biz Milli Parka getdik. Həzrəti Fatimənin mövlud günü idi. Dindar kişilər əllərində gül qadınlara paylayırdı. Polislər həmin gün parka elə hücum etdilər ki... Dindar kişiləri tutub apardılar. Hicablı xanımları oradan uzaqlaşdırdılar, üç-dörd qadının bir yerə toplanmasına imkan vermədilər.

Bu, ölkədə dinlə bağlı vəziyyətin bir nümunəsidir. Mənim atam bu kimi hallara qarşı çıxıb. O, Azərbaycanda islamın ölməməsini istəyir. Azərbaycan əhalisi özünü müsəlman adlandırır, amma nə qədər qadağalar var. Mənim atam bacardığı qədər bu qadağalara qarşı çıxan şəxsdir.

- Əgər atan yanvarın 2-də həmin çıxışı etməsəydi, İslam Partiyasının sədri olan Mövsüm Səmədova, atana münasibətin necə olardı?

- Mövsüm Səmədovun mənim atam olmasını bir kənara qoyaq, o, İslam Partiyasının sədridir, mən də Azərbaycan Respublikasının mömin bir qızı. Əgər bu gün məni hicabla ictimaiyyətə qatılmağa qoymurlarsa və İslam Partiyasının sədri Mövsüm Səmədov buna susursa, deməli, islam adından olan partiyanın sədri kimi düzgün seçilməyib. İndiki halda isə mən həm partiya sədri Mövsüm Səmədovla, həm də atamla fəxr edirəm.

Mən Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyindən də bu qadağalara qarşı çıxmasını gözləyirəm. Amma bu gözləntilər özünü doğrultmur. Əgər indiyə qədər o, nəsə desəydi, ona qarşı fikrim dəyişərdi.

Mən atamı sevirəm, onun üçün darıxıram, istəmirəm ki, o, 12 il həbsxanada yatsın. Tək bir təskinliyim onadır ki, atam ölkənin mömin xanımlarının hicabına görə həbs olunub və Allahın köməkliyi ilə bu müddətə dözərəm. Eyni zamanda ona da inanıram ki, bu məşəqqət 12 il çəkməz.

Allah heç vaxt öz möminlərini tək buraxmaz. “Quran”da da deyilir: “Allah möminlərin başçısı və ən yaxın köməkçisidir”. Bu ayədən görünür ki, Allah heç vaxt öz bəndəsini yalqız buraxmaz.

Atama qarşı saxta ittihamlar irəli sürənlərə də çox acıyıram. Əgər onu tutanda desəydilər ki, səni filan çıxışına, filan sözünə görə həbs edirik, bu indikindən fərqli olardı. Biz də fikirləşərdik ki, əməlləri doğru olmasa da, sözləri dürüstdür. Amma atamla, digər dindarlarla bağlı səhnəni görəndə başa düşdüm ki, atamı şərləyənlərin nə əməlləri, nə də sözləri dürüst deyil.

Dinlə, “Quran”la məşğul olan adamın narkotik maddə ilə işi olmaz. İnsanın ağlını başından çıxaran, onu məst edən vasitələrə qurşanan adam dindar, mömin ola bilməz. Həmçinin mənim atama qarşı deyilən bu ittihamlar da şər və böhtandır. Mömin şəxs belə işlərlə məşğul olarsa, o digərlərini hidayət edə bilməz, doğru din yoluna dəvət edə bilməz. Azərbaycanda söz azadlığının olması məndə şübhə yaradır. Əgər elə bir azadlıq olsaydı, indi mənim atam həbsdə yatmazdı.

- Atan səni necə çağırır?

- Mənə hərdən Zəhra, hərdən də Zəhraxanım deyir. Məni məxsusi səslə çağırır, yalnız atam məni o səslə çağıra bilər.

PERSONA: DOKTOR MÖVSÜM SƏMƏDOV

AİP SƏDRİNİN HƏBSİNƏ SƏBƏB OLAN ÇIXIŞI

Aynur İmanova - Mediaforum

 

Şərh et

Çap variantı

Rəylər

Əsas bölmədəki digər xəbərlər.

n

22/05/2012 - 15:49 "BİZ MÜVƏQQƏTİYİK, SİZİ DAİMİLƏRƏ TAPŞIRIRIQ, ONLARDAN YAPIŞIN!"

n

16/05/2012 - 18:27 ÜÇ GÜN ÜÇ GECƏ ƏZABLI YOLLARLA...

n

15/05/2012 - 11:06 ƏHALİNİN BANK SEKTORUNA İNAMI AZALIB

n

12/05/2012 - 12:30 "O XAİN 8 NƏFƏRİ GÜLLƏLƏDİ, MƏNİ DƏ YARALADI"

n

11/05/2012 - 13:10 SEYSMOLOQ: "BÖYÜK QAFQAZDA 3-4 ZƏLZƏLƏ OLACAQ"

n

11/05/2012 - 11:02 HACIBALA ABUTALIBOV: "AZƏRBAYCANDA GÜLLƏR İNSANLARDAN ÇOXDUR"

n

10/05/2012 - 08:46 "HEÇ BİR XALQ TOTALİTAR REJİMLƏ YAŞAMAQ İSTƏMİR"

n

08/05/2012 - 12:57 ŞUŞANIN QARA YUBİLEYİ

n

07/05/2012 - 18:02 "ETİRAF ETMƏK İSTƏYİRƏM Kİ, ŞUŞANI ERMƏNİLƏRƏ MƏN SATMIŞAM"

n

02/05/2012 - 15:17 FRANSANIN BAKIDAKI SƏFİRİ ALMANİYALI HƏMKARININ MÜDAFİƏSİNƏ QALXDI

n

02/05/2012 - 15:10 "HƏBSXANADA VİCDAN MƏHBUSLARINI "DEPUTAT" ADLANDIRIRLAR" (foto)

n

27/04/2012 - 10:58 "BİZİ ANLAMAYAN ADAMLAR MƏĞLUB OLDULAR, TARİX DƏ BUNU GÖSTƏRDİ"

n

26/04/2012 - 10:26 AVROPA BİRLİYİ TAMAMİLƏ İFLASA UĞRAYIB

n

24/04/2012 - 13:31 "MƏN TURALI BU YOLDAN HEÇ VAXT ÇƏKİNDİRMƏYƏCƏM"

n

20/04/2012 - 10:37 "HAKİMİYYƏTİ XALQIN SUSQUNLUĞU VƏ İTAƏTKARLIĞI KORLAYIR"

n

18/04/2012 - 14:21 YADDAN ÇIXIB QARABAĞ

n

18/04/2012 - 12:29 "MƏMURLAR ÜÇÜN HƏYATIN MƏNASI CİBDƏN İBARƏTDİR"

n

17/04/2012 - 18:01 SİYASİ MƏHBUSLARIN ƏLEYHİNƏ KİMLƏR İMZA ATIB?

n

17/04/2012 - 09:36 "YODSUZ DUZUN ƏKSƏR HİSSƏSİ GÖMRÜK ORQANLARININ "SƏXAVƏTİ" İLƏ ÖLKƏYƏ BURAXILIR"

n

16/04/2012 - 17:29 "İLHAM ƏLİYEVLƏ PUTİN ARASINDA MÜNASİBƏTLƏR NORMAL DEYİL"

n

14/04/2012 - 16:03 "HAKİMİYYƏT ANTİ-TERROR ƏMƏLİYYATLARIYLA "EUROVİSİON"DAN İMTİNA ETMƏK İSTƏYİR"

n

12/04/2012 - 18:05 22 MİN DİPLOMU SAXTA OLAN TƏHSİLDƏN NƏ DANIŞMAQ OLAR?

n

10/04/2012 - 17:46 HANSINDAN İMTİNA ETMƏLİ, RLS-dən, YOXSA QARABAĞDAN?

n

10/04/2012 - 14:00 "HAKİMİYYƏT CƏMİYYƏTİ MƏCBURƏN RADİKALLAŞDIRIR"

n

07/04/2012 - 16:22 "SULUTƏPƏDƏ SÖKÜLƏN EVLƏRİN HAMISI YİYƏSİZLƏRİNDİ"

n

06/04/2012 - 11:29 "AXCP İLƏ MÜSAVAT İNTRİQALARA BAŞLADI"

n

05/04/2012 - 13:34 RƏSMİ BAKI KREMLİN QƏZƏBİNƏ TUŞ GƏLƏRSƏ...

n

03/04/2012 - 15:57 "KİMİNSƏ QƏRARGAHINA GETMƏYƏ NƏ VAXTIM, NƏ DƏ HƏVƏSİM VAR"

n

30/03/2012 - 16:15 QƏRBİN HAKİMİYYƏTƏ QARŞI TƏZYİQİ ÖZ MARAQLARI ÜÇÜNDÜR

n

30/03/2012 - 13:30 "KÜR" DAŞQINLARINA AYRILAN 377 MİLYON MANAT NECƏ İSTİFADƏ EDİLİB?

n

29/03/2012 - 11:08 "AZƏRBAYCANIN İCTİMAİ-SİYASİ SƏHNƏSİNƏ YENİ NƏSİL GƏLİR"

n

28/03/2012 - 14:55 QUBA OLAYI İLƏ BAĞLI ŞÜBHƏLİ NÜANSLAR

n

27/03/2012 - 12:18 ƏRDOĞAN YENİ TƏKLİFİ İLƏ NƏ DEMƏK İSTƏYİR?

n

26/03/2012 - 17:06 "HAKİMİYYƏTİN BORCUDUR Kİ, PROBLEMLƏRİ HƏLL ETSİN"

n

26/03/2012 - 16:00 "HAKİMİYYƏT REPRESSİYANI DAVAM ETDİRƏRSƏ..."

n

19/03/2012 - 14:28 "22 CASUSU HƏBS EDƏNLƏR 7 İLDİR Kİ, ELMAR HÜSEYNOVUN QATİLİNİ TAPA BİLMİRLƏR"

n

17/03/2012 - 16:40 HÖKUMƏTƏ QALSA DEYƏR Kİ, ÖLKƏDƏ YOXSUL YOXDUR

n

16/03/2012 - 16:04 BİR MONİTORİNQ QRUPUNUN İKİ ÜZVÜNDƏN FƏRQLİ MÖVQE

n

15/03/2012 - 16:21 BİR ƏSGƏR ÜÇÜN 80 MİN DOLLAR XƏRC ÇƏKİLƏCƏK YENİ SİSTEMƏ HAZIRIQMI?

n

14/03/2012 - 15:30 EUROVİSİON BOYKOT EDİLƏRSƏ...

n

13/03/2012 - 11:16 "AZƏRBAYCAN PUTİNİN SƏRTLİYİNƏ HAZIR OLMALIDIR"

n

12/03/2012 - 17:12 HAKİMİYYƏT NİYƏ NARAHATDIR?

n

09/03/2012 - 13:00 TANINMIŞ HÜQUQ MÜDAFİƏÇİSİ OMBUDSMANI KƏSKİN TƏNQİD ETDİ

n

07/03/2012 - 15:29 ÖLKƏNİN CİZGİ FİLM SAHƏSİ ACINACAQLI DURUMDADIR

n

05/03/2012 - 13:40 PUTİNİN PREZİDENT OLMASI NƏYİ DƏYİŞƏCƏK?

n

01/03/2012 - 16:21 "SOSİAL NARAZILIQLARIN SONU KÜTLƏVİ AKSİYALARA SƏBƏB OLACAQ"

n

29/02/2012 - 16:57 BAZARDA BAHALAŞMANI ŞƏRTLƏNDİRƏN AMİLLƏR

n

29/02/2012 - 16:20 "KİM GÜCLÜDÜR, O DA HAQLIDIR"

n

27/02/2012 - 17:37 "HAKİMİYYƏT ÇOX CİDDİ DÜŞÜNMƏLİDİR"

n

27/02/2012 - 16:57 ALMANİYA TELEVİZİYALARININ AZƏRBAYCANLA BAĞLI HAZIRLADIQLARI VERİLİŞLƏR NƏDƏN XƏBƏR VERİR?

n

24/02/2012 - 18:08 MİLLİ MƏCLİS XOCALI FACİƏSİNİ SOYQIRIM KİMİ TANIYACAQMI?

n

23/02/2012 - 18:38 KÜR DAŞQINLARI KORRUPSİYANIN VƏ YANLIŞ İDARƏETMƏNİN NƏTİCƏSİ İDİ

n

21/02/2012 - 12:58 ƏSGƏR HƏRBİ MÜDDƏT DÖVRÜNDƏ NƏ QƏDƏR GÜLLƏ ATMALIDIR?

n

20/02/2012 - 17:25 "HƏBSLƏRLƏ ÖLKƏDƏ TƏXRİBAT TÖRƏTMƏK İSTƏYİRLƏR"

n

20/02/2012 - 15:58 "DİNDARLARIN KÜTLƏVİ HƏBSİ İSRAİL VƏ YƏHUDİ DİASPORASI TƏRƏFİNDƏN DƏSTƏKLƏNİR"

n

17/02/2012 - 14:15 GƏNCLİYİMİZİ ONLARA QARŞI GƏLƏN DALĞANIN ZƏRƏRİNDƏN NECƏ QORUYAQ?

n

17/02/2012 - 13:20 MÜNAQİŞƏNİN HƏLLİNDƏ İRLANDİYA MODELİ

n

17/02/2012 - 11:50 "TELEKANALLAR CƏMİYYƏTƏ ZƏRƏR VERƏN VƏ İCTİMAİ ƏXLAQI POZAN PROQRAMLAR YAYIMLAYIR"

n

17/02/2012 - 11:40 "KORRUPSİYA VƏ RÜŞVƏTXORLUĞU İNKİŞAF KİMİ TƏQDİM ETMƏK YOX, QARABAĞI QAYTARMAQ LAZIMDIR"

n

15/02/2012 - 13:49 SUMQAYITIN NARKOMANİYA BƏLASI

n

11/02/2012 - 15:25 "ORDU HAKİMİYYƏTİN ƏMRLƏRİNİ YERİNƏ YETİRƏN BİR QURUMDUR"

n

11/02/2012 - 10:53 İRANIN AZƏRBAYCANDAKI SƏFİRİ EHTİMAL OLUNAN HÜCUMLA BAĞLI AÇIQLAMA VERİB

n

10/02/2012 - 14:00 TANINMIŞ HÜQUQ MÜDAFİƏÇİSİ "EUROVİSİON"un HAKİMİYYƏTƏ VURACAĞI ZƏRBƏLƏRDƏN DANIŞDI

n

08/02/2012 - 18:03 ÖLKƏ NİYƏ BU DURUMA SALINIB?

n

06/02/2012 - 18:23 "HAKİM PARTİYA ƏHALİNİN TALAN OLMUŞ VAR-DÖVLƏTİ HESABINA MALİYYƏLƏŞİR"

n

06/02/2012 - 16:29 AZƏRBAYCAN HAKİMİYYƏTİ "NÖVBƏSİNİ" GECİKDİRMƏK İSTƏYİR

n

06/02/2012 - 16:10 AZƏRBAYCAN MİSİRLƏ NƏYƏ GÖRƏ MÜQAYİSƏ EDİLİR?

n

04/02/2012 - 15:25 FRANSANIN ADDIMLARI TÜRK DÜŞMƏNÇİLİYİNDƏN XƏBƏR VERİR

n

04/02/2012 - 14:22 "ETİRAZ AKSİYALARI KEÇİRMƏKDƏ İSRARLIYIQ"

n

03/02/2012 - 17:44 ZİYALILAR FORUMUNA QARŞI APARILAN KAMPANİYA NƏ İLƏ BAĞLIDIR?

n

03/02/2012 - 11:21 AZƏRBAYCAN HAKİMİYYƏTİ FRANSAYA XOCALI SOYQIRIMI İLƏ CAVAB VERƏ BİLƏCƏKMİ?

n

30/01/2012 - 17:15 DÜNYA ŞÖHRƏTLİ İSLAM ALİMİ FAKTXEBER.COM-a MÜSAHİBƏ VERİB

n

28/01/2012 - 15:56 "GÜNƏŞLİ" YATAĞINDA DAHA BİR QUYU QAZILARAQ İSTİFADƏYƏ VERİLİB

n

28/01/2012 - 15:50 ƏGƏR HAKİMİYYƏT QORXMASA...

n

28/01/2012 - 15:28 "RÜSTƏM İBRAHİMBƏYOVUN MEDALDAN İMTİNA ETMƏSİ AZƏRBAYCAN HAKİMİYYƏTİNƏ MESAJDIR"

n

25/01/2012 - 15:29 ÜMİDLƏR DOĞRULMADI

n

18/01/2012 - 15:20 İNSAN HAQLARINI ALVERƏ ÇEVİRƏN TƏŞKİLATLAR KİMLƏRDİR?

n

18/01/2012 - 11:26 RUSİYA VƏ ÇİNİN MÜQƏDDƏRATINI HƏLL EDƏCƏK MÜHARİBƏ

n

14/01/2012 - 11:04 "SUSMAQ MƏQAMIDIR VAXTI GƏLƏNDƏ DANIŞACAĞAM"

n

13/01/2012 - 13:41 İCTİMAİ PALATADAN RƏSUL QULİYEVİN İTTİHAMLARINA CAVAB GƏLDİ

n

11/01/2012 - 11:04 "AZƏRBAYCAN HÖKUMƏTİNİN MƏNİM QARŞIMDA MƏĞLUB OLMASI BÖYÜK SİYASİ HADİSƏDİR"

n

10/01/2012 - 14:19 NƏTİCƏSİZ SOÇİ GÖRÜŞLƏRİNDƏ MARAQLI TƏRƏFLƏR AZƏRBAYCAN VƏ ERMƏNİSTAN DEYİLMİŞ

n

09/01/2012 - 17:30 İSA QƏMBƏR: "İLHAM ƏLİYEVİN İSTEFASI GÜNDƏLİYƏ GƏTİRİLMƏLİDİR"

n

07/01/2012 - 13:56 İNFORMASİYALAR İNSANLARIN YALNIZ CİNAYƏT FANTAZİYASINI ARTIRIR

n

06/01/2012 - 17:05 "KRİMİNAL VERİLİŞLƏR İNSANLARA HƏR ŞEYİ RAHAT FORMADA BAŞA SALIR"

n

06/01/2012 - 14:10 "FACEBOOK"UN NARAZI KÜTLƏSİ VƏ AZƏRBAYCAN REALLIĞI

n

06/01/2012 - 11:08 MƏŞHUR KİNOREJİSSORDAN HAKİMİYYƏTƏ XƏBƏRDARLIQ

n

29/12/2011 - 18:09 HƏBSDƏ OLAN İSLAM PARTİYASI LİDERİNİN EVİNDƏ

n

29/12/2011 - 15:10 "MƏN TƏMƏNNASIZ FƏALİYYƏT GÖSTƏRİRƏM"

n

29/12/2011 - 13:15 "MÜSAHİBƏ ALMAĞA ADAM TAPMIRAM"

n

29/12/2011 - 11:34 AHIL İNTİHARI İLƏ DƏ YADDA QALAN 2011-Cİ İL

n

29/12/2011 - 11:30 RÜSTƏM İBRAHİMBƏYOV HAKİMİYYƏTƏ OD PÜSKÜRDÜ

n

29/12/2011 - 09:38 XARİCİ İŞLƏR NAZİRİ ELMAR MƏMMƏDYAROV 2011-Cİ İLİ DƏYƏRLƏNDİRDİ - Müsahibə

n

28/12/2011 - 14:44 RÖVNƏQ ABDULLAYEV: "BU TÜRKİYƏ İLƏ BİZİM ARAMIZDA SİRDİR" - Müsahibə

n

27/12/2011 - 14:45 "DİNİ MÜƏSSİSƏLƏRİN MÖVCUDLUĞU DİNİN TƏSDİQİ MƏNASINA GƏLMİR"

n

26/12/2011 - 15:47 RƏSMİ BAKI FRANSANIN HƏMSƏDRLİYİNDƏN İMTİNA EDƏ BİLƏCƏKMİ?

n

24/12/2011 - 14:43 QƏRBİN ƏDALƏTSİZ DEMOKRATİYA PRİNSİPİ

n

22/12/2011 - 17:23 MƏNİ TƏNQİD EDƏNLƏR HƏYATI BİR RƏNGDƏ GÖRÜRLƏR

n

21/12/2011 - 17:27 ""AKDS" PEYVƏNDİ VURULANDAN SONRA UŞAQLAR NİTQİNİ İTİRİR"

n

21/12/2011 - 12:51 ORDUDA BİT PROBLEMİ VƏ QARABAĞIN AZADLIĞI


Google-də Axtar
FaktXeber-də Axtar

Günün Sitatı
ƏLİ KƏRİMLİ
"Azərbaycan hökumətinə yaxın bir qrup insanın xeyli sayda inanclı kəsimin sevdiyi şəxsi təhqir etməsi yanlış bir addımdır"
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

BİZƏ BU DA AZDIR
Aqil Mehdi
aqilmehdi@gmail.com

"EUROVİSİON" NƏ QƏŞƏY ŞEY İMİŞ
Emilya Tağıyeva

AŞKARDA ŞEYTANA LƏNƏT EDIB, GIZLINDƏ ONA ITAƏT ETMƏYƏK
Xəyal Şükür

BİRDƏN GEYLƏR "AZADLIQ" MEYDANINI İSTƏDİLƏR
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

ÖZ DƏRDİNƏ GÜLƏN İNSANLAR
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

FÜRSƏT, BU FÜRSƏT
 
Türk yazarlar
Fuat Türker

Allah Kadını İşitti
İbrahim Akın

Kadrolu Din Adamı Olunmaz
 
Arxiv



Valyuta Çevirici
Valyuta.com
 
Sayğac

Hava Haqqında
 


 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR  . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.