TÜRKİYƏ SİLAHLI QÜVVƏLƏRİ SON ƏMƏLİYYATLA BAĞLI BƏYANAT YAYIB
Türkiyə baş qərargah rəhbərliyi Şırnak Uludərə mahalında kəndlilərin öldürülməsinə münasibət bildirib
29-12-2011 / 17:26
FaktXeber.com Türkiyə baş qərargahının internet saytına istinadən xəbər verir ki, Türkiyə Hava qüvvələrinə aid hərbi təyyarələrinin dünən gecə təşkil etdiyi əməliyyatda Şırnakın Uludərə bölgəsində 20-dən çox insan öldürülüb.
Baş qərargah rəhbərliyinin kəndlilərin öldürüldüyü iddiasına cavab olaraq bəyana yayıb yayıb. Bəyanatda deyilir:
"Əlimizdə olan məlumata görə, terror təşkilatı liderləri son dövrdə itkilərə məruz qaldıqları üçün qruplara intiqam alma təlimatı verib və bu məqsədlə sərhəd kənarındakı Sinat-Haftan bölgəsinə çox sayda terrorçu göndərib. Kəşfiyyat nəticəsində müxtəlif mənbələrdən məlumat alınıb ki, içlərində təşkilat liderlərinin də olduğu terrorçu qrupları bölgədə bir araya gəlib və sərhəd xəttindəki polis bölməsi və hərbi bazalarımıza hücuma hazırlaşır.
Separatçı terror təşkilatı üzvləri, İraq şimalından gələrək sərhədlərimizə yaxın polis bölməsi və bazalarımıza hücum edəcəyi ilə bağlı məlumatların artmasından sonra, sərhəd boyunca kəşfiyyat və müşahidə tədbirləri gücləndirilib. Bununla əlaqədar 2011-ci il dekabrın 28-də saat 18.39-da İraq sərhədləri içində sərhədlərimizə doğru bir qrupun hərəkət etdiyi müəyyən edilib. Qrupun təsbit edildiyi bölgənin terrorçular tərəfindən tez-tez istifadə edilən bölgə olduğu və sərhədə doğru hərəkət etdiyi üçün onlara atəş edilib. Hadisənin meydana gəldiyi yer, separatçı terror təşkilatının əsas düşərgələrinin yerləşdiyi, yaşayış məntəqəsi olmayan, İraq şimalındakı Sinat-Haftanin bölgəsidir. Hadisə ilə bağlı araşdırma davam edir".
Mövzuyla əlaqədar digər bir açıqlama isə Şırnak Valiliyindən gəlib. Valiliyin açıqlamasında bildirlir ki, sərhəddə baş verən hadisədə 35 nəfər ölüb, 1 nəfər isə yaralanıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.