Bu ilin yekunu üçün "Əsrin müqaviləsi" çərçivəsində neft 2010-cu ilin göstəricisi ilə müqayisədə 12,6% azalaraq 35,5 mln ton olacaq. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Turan-a ARDNŞ-dəki mənbədən məlumat daxil olub.
Dekabrın 25-i üçün BP-Azerbaijan "Azəri-Çıraq-Günəşli" (neft) və "Şahdəniz"də (kondensat) 36,66 mln ton xammal hasil edib. 35 mln ton neft "Əsrin müqaviləsi" çərçivəsində çıxarılıb.
BP-Azerbaijan-ın məlumatına əsasən, dekabrın 26-ı üçün AÇG-də orta sutkalıq hasilat 689,956 min barrel: "Mərkəzi Azəri"də 155,3 min, "Çıraq"da 71,7 min, "Şərqi Azəri"də 134,7 min, "Qərbi Azəri"də 201,6 min və "Dərinsulu Günəşli"də 126,5 min barrel olub.
Bu il neft hasilatının azalması texniki səbəblərlə bağlıdır: II yarım ildə 4 hasilat platformasında modernləşdirmə işləri aparılıb, 11-15 sutkalığa hasilat tam dayandırılıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.