Yaşar Cəfərli: "Oxuduğum fərmanın mətnində müəyyən qüsurlar mövcud idi. Hələ ki, bununla bağlı hər hansı münasibət bildirməyə tələsmirik"
29-12-2011 / 16:12
Ölkədə hərbçilərin problemləri ilə məşğul olan təşkilatların və ictimaiyyət nümayəndələrinin müraciətlərindən sonra nəhayət ölkə başçısı İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə fərman imzalayıb. Fərmana uyğun olaraq Silahlı Qüvvələrdə 20 il və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin ediləcəklər. Uzun müddətdir ki, hərbçilərin mənzil problemləri ilə məşğul olan “İstefada olan Zabitlər” İB-nin sədri Yaşar Cəfərli, yeni sərəncamla bağlı FaktXeber.com-a açıqlama verib.
Y.Cəfərli ölkə başçısı tərəfindən imzalanan sərəncamı təqdirəlayiq hal kimi qiymətləndirərək, bu sərəncamın hərbçilərin mənzil problemlərinin həll olunmasına müsbət təsir göstərəcəyini bildirdi: “Bizim qaldırdığımız məsələlər sırasında hərbi qulluqçuların mənzil problemləri də var idi. Yeni sərəncam bu problemin həll olunmasına əsaslı təsir göstərəcək. Nəhayət ki, bizim də səsimiz eşidildi. Oxuduğum fərmanın mətnində müəyyən qüsurlar mövcud idi. Hələ ki, bununla bağlı hər hansı bir münasibət bildirməyə tələsmirik. Lakin birmənalı şəkildə qeyd edim ki, o mətndə mənzillərin kimlərə verilməsi formasında olan məsələlərdə müəyyən qüsurlar mövcuddur. Biz bununla bağlı araşdırma apararaq açıqlama verəcəyik.”
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.