ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
MİSİR REALLIĞI | "QƏRB RƏSMİLƏRİNƏ TƏKLİF EDİRİK Kİ, KORRUPSİYAYA BULAŞMIŞ ƏLLƏRİ SIXMASINLAR" | VƏKİLİ JURNALİST NİCAT ƏLİYEVLƏ GÖRÜŞƏ BURAXILMIR | ƏLİ KƏRİMLİ | BEN LADENİN YERİNİ DEYƏN HƏKİM 30 İL MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLDİ | TELEKANALLAR PREZİDENTİN AİLƏSİNİ REKLAM ETMƏKDƏ İTTİHAM OLUNDU | MİSİRDƏ SEÇKİ MƏNTƏQƏSİNİN QARŞISINDA POLİS ÖLDÜRÜLÜB | İCTİMAİ PALATANIN ACLIQ AKSİYASINA YENİ QOŞULANLAR VAR | MİLLİ MƏCLİSİN NÖVBƏDƏNKƏNAR SESSİYALARI KEÇİRİLƏCƏK | BİZ BU CÜR ÖZBAŞINALIQLARA QARŞIYIQ |

Foto Xəbər
GİNNESİN REKORDLAR KİTABINA DÜŞƏN DÜNYANIN ƏN BÖYÜK HOVUZU
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

İnfoqrafika

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sağlamlıq

Sual-Cavab

Audio

Video

Ailə

Gündəm

Sorğu

Nəticələr

Ən Çox Oxunanlar

Ən Çox Şərh Olunanlar


 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 AZƏRBAYCAN TAMAŞAÇISI BU QƏDƏR TƏHQİR EDİLMƏMİŞDİ

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

Xəbərlərimiz Sosial Şəbəkədə

 
 
 
VƏTƏNDAŞ CƏMİYYƏTİ VƏ VİCDAN AZADLIĞI HAQDA MÜLAHİZƏLƏR...
 
 
Elşən Mustafaoğlu: "Yersiz və qanunazidd qadağalar, hər zaman cəmiyyətdə gərginliyi artırır"


29-12-2011 / 15:05


Demokratiyanın ayrılmaz hissəsi olan vətəndaş cəmiyyəti ideyası tarix boyu bəşəriyyətin şahidi olduğu diktatura və totalitarizm kabusunun nəticəsi olaraq ərsəyə gəlmişdir. İnsanların azad, sərbəst yaşamaq arzusu ilə. Vətəndaşların cəmiyyətdə öz şəxsiyyətini sərbəst şəkildə ifadə etmək, cəmiyyəti təhdid edən problemlərin həllində əl-ələ verib, birlikdə fəaliyyət göstərmək, vətəndaş təşəbbüslərini rəhbər tutmaq amalı ilə...

Ötən əsrimizdə dünyanı çənginə almış faşizm və kommunizm kabusu nəticəsində vətəndaş cəmiyyətinin zəruriliyi xüsusi əhəmiyyət kəsb etdi. Bu rejimlərin hər ikisi ictimai təsisatları - ictimai birliklər, fondlar, həmkarlar ittifaqları, dini qurumlar, vətəndaşların təşəbbüs qrupları, hətta kiçik dərnəkləri belə daim öz nəzarəti altında saxlamaq, onların sərbəst fəaliyyətini məhdudlaşdırmaq niyyətində olmuşlar. Bu rejimlərin nüfuz dairəsində olan cəmiyyətlər isə, öz növbəsində, onillər boyu bu totalitarizmdən yaxa qurtarıb, sərbəst fəaliyyət göstərmək arzusu ilə yaşamışlar.
Vətəndaş cəmiyyətinin labüdlüyü sözü gedən toplumlar üçün xüsusilə aktual olmuşdur. Belə ki, vətəndaş cəmiyyəti məfhumu iki aspektdən insanların cəmiyyətdə sərbəst fəaliyyəti üçün ən etibarlı təminatçı qismində çıxış edir. Əvvəla, vətəndaş cəmiyyətində dövlət orqanlarının ictimai fəaliyyətləri nəzarətdə saxlama, insanların həyatlarının bütün sahələrinə, o cümlədən, şəxsi həyatlarına təsir və müdaxilə etmə və öz iradəsilə yönəltmə imkanları məhdudlaşdırılır. İkincisi isə, cəmiyyətdə müstəqil təsisat və ictimai birliklərin, vətəndaş təşəbbüsü ilə formalaşan müxtəlif profilli qurumların mövcud olması və həmin təsisatlar çərçivəsində insanların öz problemlərini həll etmək üçün birgə fəaliyyət göstərmələri təmin olunur. Bununla da, vətəndaş cəmiyyəti insan haqlarının təminatçısı qismində çıxış edir.

Vətəndaş cəmiyyəti ümumilikdə cəmiyyətin bütün digər üzvləri kimi, inanclı vətəndaşların da arzusudur. Elə bir cəmiyyət ki, orada hər bir vətəndaş kimi, onların da bütün haqq və hüquqları təmin olunsun, onlar da Konstitusiyada təsbit edildiyi kimi, öz inanclarını sərbəst ifadə edə bilsinlər, əqidələrinə uyğun sərbəst yaşasınlar. Elə bir cəmiyyət ki, orada, məsələn, heç kəs onları hicablı olduğundan təhsil haqqından məhrum etməsin, bu səbəbdən işdən qovulmasın, yaxud öz gündəlik hicablı görkəmində şəxsiyyət vəsiqəsi ala bilsin və s. Dini ayinlərini yerinə yetirmək üçün, dua mərasimi təşkil etmək üçün, yaxud əlinə qələm alıb dini görüşlərini ifadə edərək, kitab ərsəyə gətirmək üçün kimlərdənsə xüsusi icazə almasın, etiqadı ilə bağlı məsələlərdə bürokratik əngəllərlə üzləşməsin…
İstənilən cəmiyyətin inkişaf və təkamül ylu məhz insanların azadlığından keçir. Bəlkə də inkişafın dinamikası elə şəxsiyyət azadlıqlarının nə dərəcədə təmin olunmasıyla bilavasitə bağlıdır. Fərd və cəmiyyət bir-biri ilə sıx əlaqəlidir. Bu baxımdan da şəxsiyyətin cəmiyyətdəki azadlıq prblmi daim diqqət mərkəzində olmalıdır. Fərdləri azad olmayan cəmiyyətin özü azad cəmiyyət hesab edilə bilməz. Cəmiyyətdə şəxsiyyətin azadlığı yalnız həmin cəmiyyətin ümumi maraqları ilə məhdudlaşdırıla bilər. Hər bir insan özü-özlüyündə fərddir və nun maraqları və istəkləri bəzi hallarda cəmiyyətin maraqları ilə üst-üstə düşməyə də bilər. Blədə fərd cəmiyyətin qəbul tdiyi nrmaları pzmamaq üçün şəxsi istəklərini məhdudlaşdırmalıdır. Bu, normaldır və cəmiyyətin sabitliyi və inkişafı baxımından labüddür. Lakin əgər fərdin hərəkətləri cəmiyyətin ümumi maraqlarına zidd deyilsə, bu hərəkətlərdə qanunazidd, cinayət tərkibli bir əməl yoxdursa, o halda onun məhdudlaşdırılması yolverilməzdir. Əlbəttə, bütün digər hərəkətlər kimi, dini etiqad və ya əqidə də hüquq pozuntusuna bəraət qazandırmır ki, bu da Konstitusiyamızda təsbit edilib.

Qısası budur ki, hər hansı konkret bir şəxs və ya qrup qeyri-qanuni və zorakılıq əməllərilə məşğul olmursa, ictimai asayişi pozmursa, vətəndaşın hüquqları məhdudlaşdırılmamalıdır. Bu, din və vicdan azadlığı haqqına da aiddir.
Din – İlahiyə inam və bu inam əsasında qurulan həyat tərzidir. Din və vicdan azadlığının təmin olunması həm insanın inancı, həm də öz həyat tərzini bu inanca uyğun qurmasındakı sərbəstliyilə şərtlənir. İnanc – şüura, qəlbə, ruha aid bir məsələdir. Buna görə də hç kəsi hansısa bir əqidəni qəbul tməyə və ya tməməyə məcbur tmək lmaz. Hər bir insanın əqidəsi nun düşüncə və qəlbindədir. Heç kəsin onun daxili aləminə müdaxilə etməyə haqqı yoxdur. Rəbbimizin buyurduğu kimi, “Dində məcburiyyət yoxdur!” (surə 2, ayə 256). Çünki insanın ruhu, daxili aləmi məcburiyyət qəbul tmir. İnanc məsələlərində hç kəsin digərinin işlərinə zrla müdaxilə tməyə haqqı yxdur. Bu insanın şəxsi məsələsidir və Konstitusiyamız da birmənalı laraq insanın bu haqqını tanıyır və dəstəkləyir. İnsanın öz inancına uyğun öz həyatını qurması da öz etiqadını ifadə etmə haqqıdır ki, bu da ölkə Konstitusiyasında təsbit edilmişdir.

Din, etiqad, vicdan azadlığı ümumi insan haqlarının ayrılmaz hissəsidir. Ölkəmizdə bu sahə ölkə Konstitusiyası və “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Adından da göründüyü kimi, müvafiq qanunumuz məhz “Dini etiqad azadlığı” adlanır. Yəni söhbət insanların dinlə bağlı azadlıqlarından gedir, məhdudiyyətlərindən, qadağalarından, maneələrdən deyil. Deməli, qanun və onunla bağlı bütün digər hüquqi aktlar tam mənası ilə vətəndaşlarımızın dini etiqad azadlığını təmin etməlidir. Konstitusiyamızda göstərildiyi kimi.
İnsan haqları və azadlıqların, o cümlədən din və vicdan azadlığının təmin olunması istənilən cəmiyyət və dövlətin ümumi inkişafı baxımından təməl prinsiplərdəndir. Əgər real həyatda “Dini etiqad azadlığı” inanclı insanlar üçün “Dini etiqad məhdudiyyətinə” çevrilərsə, o halda, vətəndaşlarımızın konstitusion haqları məhdudlaşdırmış olar. Belə ki, Azərbaycan Konstitusiyası tam mənası ilə dini etiqad azadlığını tanıyır və bütün digər qanunlarımız da əsas qanunumuzun tələblərinə cavab verməlidir. Konstitusiyamızın “Vicdan azadlığı” adlanan 48-ci maddəsində göstərilir ki, “Hər kəsin vicdan azadlığı vardır; Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır”. Və davamında aydın şəkildə deyilir: “Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir”.

Konstitusiyanın sərbəst elan etdiyi bir hərəkəti isə heç kəs heç bir adla qadağan edə bilməz! Hər halda, hüquqi dövlət prinsipi bunu tələb etməkdədir. Dinlə bağlı bütün qanunvericilik aktları və onların tətbiqi qaydaları məhz konstitusiyamızın bu tələbini əks etdirməli, bunun mexanizmini açıqlamalıdır, bu təməl prinsipləri heç bir vəchlə məhdudlaşdırmalı deyil. Ölkədə hər kəs öz dini inancını ifadə etməkdə və yaymaqda sərbəst olmalıdır.

Qeyd etdiyimiz kimi, din və vicdan azadlığı əslində insan haqlarının ayrılmaz hissəsidir. Əgər vətəndaşın vicdan azadlığı pozulursa, bu artıq yalnız cəmiyyətin inanclı təbəqəsinin problemi deyil, ümumi insan haqları problemidir. İnsan haqları pozulan cəmiyyətdə inanclıların da, digərlərinin də haqları pozulmuş olur. Bu isə cəmiyyətin inkişafının qarşısını kəsir, hüquqi dövlət anlayışını sarsıdır, dövlətçiliyə mənfi təsir göstərir və vətəndaş cəmiyyəti quruculuğuna mane olur. Biz Konstitusiyamızda təsbit edilmiş haqları insanlara verməyəcəyiksə, bəs onda Konstitusiyanın mahiyyəti nədən ibarətdir?..

Yersiz və qanunazidd qadağalar, hər zaman cəmiyyətdə gərginliyi artırır, insanları radikallaşdırır və mövcud problemlərin həll edilməsi əvəzinə, daha yeni problemlərə yol açır. Cəmiyyətdə gərginliyin artması isə heç bir dövlətin maraqlarına uyğun deyildir. Hər kəs atdığı addımları ilə mövcud problemləri həll etməyə, gərginliyi aradan qaldırmağa çalışmalıdır, onu bir az da qızışdırmağa yox. İnanclı insanların konstitusion haqlarının pozulması, hər halda, gərginliyi aradan qaldırmağa xidmət etmir. Toplumun əmin-amanlığı, rifahı, inkişafı naminə cəmiyyətimizdə barışığa doğru addım atmalı, insan haqlarını rəhbər tutaraq hətta bizim kimi düşünməyənləri, əqidə fərqliliklərini qəbul etməliyik. Plüralizmin və barəsində çox danışdığımız tolerantlığın mənası elə budur. Başqa cür düşünənlərə qara yaxmamalı, onları kənar qüvvələrə xidmət etməkdə suçlamamalıyıq. Əksinə, barışıq dili tapmağa səy göstərməliyik.

Qayıdaq yenə vətəndaş cəmiyyəti haqda mülahizələrə. Bir arzu və ümid ilə. Ayrı-ayrı vətəndaşların və onlardan ibarət müxtəlif qrupların haqq və hüquqlarının tam təmin edilməsi, vətəndaş təşəbbüslərinin dəstəklənməsi amalı ilə...

Gəlin əl-ələ verib ölkəmizdə hamımızın rahat yaşamasını təmin edəcək vətəndaş cəmiyyəti quraq. Öz vətəndaşlarımıza, onların iç dünyalarına, mənəvi aləmlərinə, dini hisslərinə ehtiramla yanaşaq. Aqressiya tonundan mehribanlığa, tolerantlığa, səmimiliyə keçək. Konstitusiyada qeyd edildiyi kimi, ölkədə hər kəs öz dini inancını ifadə etməkdə və yaymaqda sərbəstdir. Gəlin Konstitusiyamızın vətəndaşlara verdiyi bu sərbəstliyi məhdudlaşdırmayaq! Vətəndaş cəmiyyətinə doğru tam əminliklə...

Elşən Mustafaoğlu, fəlsəfə doktoru

 

Şərh et

Çap variantı

Rəylər

Əsas bölmədəki digər xəbərlər.

n

22/05/2012 - 16:53 RUSİYANI RƏSMİ BAKIYA QARŞI TƏSİRETMƏ MEXANİZMİ!

n

18/05/2012 - 15:11 ADİ KAĞIZ PARÇASINA ÇEVRİLƏN MƏHKƏMƏ QƏRARLARI

n

16/05/2012 - 12:46 BİZ BAKIYA NİYƏ YIĞIŞMIŞIQ?

n

14/05/2012 - 10:47 PUTİN QARABAĞ KARTI ÜZƏRİNDƏ QƏBƏLƏ RLS RAZILAŞMASINA GEDƏ BİLƏR

n

08/05/2012 - 18:54 HOLLAND BİZƏ NƏ VERƏCƏK?

n

08/05/2012 - 15:39 FRANSANIN XARİCİ SİYASƏTİ DƏYİŞƏ BİLƏRMİ?

n

04/05/2012 - 14:00 "AZƏRBAYCANDA DEMOKRATİK SİSTEM OTURUŞMAYINCA..."

n

02/05/2012 - 13:19 PORNOQRAFİYA HAQQINDA BUNLARI BİLİRİKMİ?

n

01/05/2012 - 14:09 ÇİN ABŞ-a NİYƏ MEYDAN OXUYUR?

n

27/04/2012 - 19:00 QƏRB TÜRKİYƏNİ OYUNA SALIB

n

23/04/2012 - 18:46 DİN-in İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ İDARƏSİ OXUCUMUZUN MƏQALƏSİNƏ CAVAB VERDİ

n

18/04/2012 - 14:46 "AZƏRBAYCANI BÖYÜK TƏHLÜKƏ GÖZLƏYİR!"

n

18/04/2012 - 14:30 REGİONÇULUQ BƏLASI

n

17/04/2012 - 13:06 AZƏRBAYCAN QADINININ DUBAYA GEDƏN YOLU

n

16/04/2012 - 15:44 "BMT QARABAĞLA BAĞLI 5-Cİ QƏTNAMƏ QƏBUL ETSƏ BELƏ, HEÇ NƏ DƏYİŞMƏYƏCƏK"

n

14/04/2012 - 17:42 ABŞ, BMT VƏ FRANSANIN "İŞĞAL DƏHLİZİ" XORU

n

12/04/2012 - 14:00 "QƏBƏLƏ RLS ÜÇÜN AZƏRBAYCANDAN ƏLVERİŞLİ YER YOXDUR"

n

10/04/2012 - 17:53 "SİYASİ PARTİYALAR HAQQINDA QANUN PARTİYALARA YOX, YAP-a AİDDİR"

n

10/04/2012 - 13:53 NBC KANALI: AZƏRBAYCAN İRANA QARŞI QƏRBİN CASUSLUQ YUVASIDIR

n

08/04/2012 - 13:18 NAZİR-OLİQARXLARIN SONUNU GƏTİRƏN QƏRAR

n

07/04/2012 - 14:32 MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİNİN AZƏRBAYCAN ƏMƏLİYYATLARI

n

04/04/2012 - 13:42 "RUSİYA AZƏRBAYCANDAN BAZASI ÜÇÜN YER İSTƏYİR"

n

31/03/2012 - 15:24 BİZİM TƏHLÜKƏSİZLİYİMİZİ KİM QORUYUR?

n

30/03/2012 - 15:42 "EVROVISION" AYNASINDA TƏHLÜKƏSİZLİK ÇATI

n

30/03/2012 - 14:50 "FİNANCİAL TİMES" İNDİ DƏ ƏRDOĞANDAN YAZDI

n

29/03/2012 - 17:33 "HAKİMİYYƏTİN QƏRBƏ MEYLLƏNMƏSİ XALQIMIZ ÜÇÜN ÇOX PİS OLA BİLƏR"

n

29/03/2012 - 12:01 ƏMANƏTLƏRİN QAYTARILMASI İLƏ BAĞLI 6 VACİB MƏQAM

n

27/03/2012 - 09:16 ƏMANƏTLƏRİN QAYTARILMASI İNFİLYASİYAYA NECƏ TƏSİR EDƏCƏK

n

19/03/2012 - 15:33 AZƏRBAYCAN QAZ SİYASƏTİNDƏ AB-nin MARAQLARINI NƏZƏRƏ ALACAQ

n

16/03/2012 - 12:23 BANKLARDA MARAQLI "AVRO" PROSESİ BAŞLAYIB

n

15/03/2012 - 13:18 ALMANİYALI NAZİRİN AZƏRBAYACANI SƏFƏRİ NƏYİ DƏYİŞƏCƏK?

n

12/03/2012 - 16:00 "AZƏRBAYCAN KONKRET OLARAQ ABŞ, İSRAİL VƏ QƏRBƏ TƏRƏF ADDIMLAR ATIB"

n

10/03/2012 - 15:53 "QARABAĞ MƏSƏLƏSİ HAVADA QALIB"

n

07/03/2012 - 13:53 "MƏMURLARIN 99%-i QUBA İCRA HAKİMİ SƏVİYYƏLİ ADAMLARDIR"

n

06/03/2012 - 17:15 RUSİYA BAHARININ BAŞ TUTMASI MÜMKÜN DEYİL

n

02/03/2012 - 13:07 "XALQ HAKİMİYYƏT SƏVİYYƏSİNDƏ ALDADILIR"

n

28/02/2012 - 15:44 "SÜLH VƏ MÜHARİBƏ QARABAĞI İTİRMƏYİMİZƏ SƏBƏB OLACAQ"

n

21/02/2012 - 17:35 "TÜRKİYƏ 1980-Cİ İLLƏRİN HƏRBİ AVTORİTAR REJİMİNƏ QAYIDIR"

n

20/02/2012 - 14:35 BARIŞ İSTƏYƏN, SƏHƏRDƏN AXŞAMA QƏDƏR ERMƏNİNİ SÖYMƏZ

n

17/02/2012 - 16:47 BMT 4 QƏTNAMƏ İLƏ AZƏRBAYCANI BAŞDAN EDİB

n

17/02/2012 - 13:06 PROSESLƏR SURİYA İLƏ BİTMƏYƏCƏK

n

17/02/2012 - 12:42 ASİF ATANIN İNSANLAŞMA VƏ İNSANLAŞDIRMA "DÜSTURU"

n

14/02/2012 - 14:45 KİSSİNCER: SURİYA XALQININ ƏKSƏRİYYƏTİ ƏSƏDİ SEVİR, BU ÖLKƏNİ DAXİLDƏN ODLAMAQ LAZIMDIR

n

07/02/2012 - 16:13 "ƏRƏB ÖLKƏLƏRİNDƏ DƏ AZƏRBAYCAN HAKİMİYYƏTİNİN DEDİKLƏRİ SÖYLƏNİLİRDİ"

n

06/02/2012 - 13:08 HAKİMİYYƏTİN QARABAĞLA BAĞLI ƏN CİDDİ SƏHVİ

n

03/02/2012 - 13:43 "ERMƏNİLƏR ÜRƏKLƏRİNİ BUZ KİMİ SAXLASINLAR"

n

02/02/2012 - 17:33 SARKİSYAN VƏ KÖÇƏRYANIN ADLARININ XOCALI QATİLLƏRİNİN SİYAHISINDA OLMAMASININ SƏBƏBLƏRİ BƏLLİ OLDU

n

02/02/2012 - 15:15 "ÖLKƏNİN XARİCİ SİYASƏTİ İLƏ BAĞLI QƏRAR VERƏN İNSANLAR XALQDAN TƏCRİD OLUNUBLAR"

n

01/02/2012 - 15:12 RUSİYADAN ÖLKƏMİZƏ SOSİAL BƏLA GƏLİR!

n

30/01/2012 - 11:56 AZƏRBAYCAN VƏ TÜRKİYƏ ARASINDA PROBLEMLƏR VAR

n

27/01/2012 - 14:01 HAKİMİYYƏTİN ƏNDRƏBADİ MÜQAYİSƏLƏRİ

n

27/01/2012 - 13:23 TÜRKİYƏ NƏ ETMƏLİDİR?

n

27/01/2012 - 12:01 NAXÇIVAN KLANININ RƏSUL QULİYEV PLANI

n

24/01/2012 - 17:54 AZƏRBAYCANIN TÜRKİYƏYƏ VƏFA BORCU VAR

n

24/01/2012 - 17:29 AZƏRBAYCAN TƏRƏFİ UDUZA BİLƏR

n

23/01/2012 - 10:25 "QƏBƏLƏ RLS HƏM DƏ TÜRKİYƏYƏ QARŞI YÖNƏLİB"

n

21/01/2012 - 16:01 RAFİQ TAĞININ QƏTLİ BARƏDƏ APARILAN TƏDQİQATIN NƏTİCƏLƏRİ AÇIQLANDI

n

19/01/2012 - 16:12 AVROPA MƏRKƏZİNDƏ OTURAN SARKOZİNİN ORTA ƏSR TƏFƏKKÜRÜ

n

19/01/2012 - 13:39 BİR AYIN İKİ ZİDDİYYƏTLİ ADDIMI

n

10/01/2012 - 18:12 "TÜRKİYƏ HAKİMİYYƏTİNDƏN EHTİYAT EDİRƏM"

n

10/01/2012 - 14:29 ABŞ-ın İRANLA BAĞLI YEGANƏ MƏQSƏDİ!

n

06/01/2012 - 15:40 MDB-nin TALEYİ NECƏ OLACAQ?

n

29/12/2011 - 16:24 2011-Cİ İLİN İQTİSADİ YEKUNLARI; QAZANCIMIZ VƏ İTİRDİKLƏRİMİZ

n

29/12/2011 - 15:05 VƏTƏNDAŞ CƏMİYYƏTİ VƏ VİCDAN AZADLIĞI HAQDA MÜLAHİZƏLƏR...

n

29/12/2011 - 13:29 2011-Cİ İL ƏRƏB TİRANLARININ DEVRİLDİYİ VƏ AVROPANIN BÖHRAN İLİ

n

28/12/2011 - 15:06 "DOVŞAN" BİZİ QOVUB "ƏJDAHA"NIN AĞZINA SALDI

n

28/12/2011 - 13:51 2011 AZƏRBAYCAN DİNDARLARININ YADINDA BELƏ QALACAQ

n

24/12/2011 - 11:05 DEMOKRATİYA ÖZÜNÜ DƏ MƏHV ETMƏYƏ QADİRDİR

n

24/12/2011 - 10:37 AYDIN BALAYEV: BOLŞEVİZM, NİHİLİZM, YOXSA DOQMOSEKULYARİZM?

n

23/12/2011 - 17:01 "HAKİMİYYƏT UŞAQ XƏSTƏLİYİNƏ TUTULUB"

n

22/12/2011 - 16:18 "İŞĞALÇI ELAN ELƏDİYİMİZ TƏRƏFDAŞIMIZ OLA BİLMƏZ"

n

22/12/2011 - 13:07 QARABAĞ ERMƏNİLƏRİ ÜÇÜNCÜ TƏRƏF KİMİ QƏBUL OLUNARSA...

n

20/12/2011 - 17:56 "BƏLKƏ BERNARD FASYEYƏ HEYKƏL QOYAQ?"

n

19/12/2011 - 14:44 YAXIN İLLƏRDƏ ÖLKƏDƏ ÇOX ŞEYLƏR DƏYİŞƏCƏK!

n

17/12/2011 - 13:03 PREZİDENT SEÇKİLƏRİ 2013-CÜ İLDƏN TEZ OLA BİLƏR

n

15/12/2011 - 14:48 HAKİMİYYƏTİN QARABAĞ MARAĞI

n

15/12/2011 - 13:19 İRANDA MÜHARIBƏ OLARSA...

n

13/12/2011 - 10:53 ƏLİMİZƏ RLS-dən QURTULMAQ FÜRSƏTİ DÜŞÜB

n

12/12/2011 - 14:07 RUSİYA İNQİLAB İSTƏYİRMİ?

n

12/12/2011 - 13:23 "KLİNTONA NÖVBƏTÇİ MİLLƏT VƏKİLLƏRİ CAVAB VERƏCƏK"

n

10/12/2011 - 13:13 GÜRCÜSTANIN BAŞI ÜZƏRİNDƏ QARA BULUDLAR DOLANIR

n

10/12/2011 - 12:07 QARABAĞ PROBLEMİ DEYİLƏN BİR ŞEY YOXDUR!

n

09/12/2011 - 16:51 RUSİYADA ETİRAZ EDƏNLƏR KİMLƏRDİR?

n

05/12/2011 - 10:53 RUSİYANIN "İDARƏ OLUNAN" DEMOKRATİYASI

n

24/11/2011 - 11:08 "TRANSXƏZƏR"İN DÜSTURU: 2+2+1

n

23/11/2011 - 14:29 LƏĞV OLUNMAMIŞ PROBLEM

n

19/11/2011 - 10:34 AVROPA PARLAMENTİNİN QARABAĞ QƏTNAMƏSİ NİYƏ GECİKİR?

n

11/11/2011 - 16:22 AMERİKANIN "DEMOKRATİK SEÇKİ"Sİ EURONEWS BAXIŞI İLƏ

n

10/11/2011 - 13:46 MÜHARİBƏSİZ SÜLH İMKANLARI

n

02/11/2011 - 09:58 BU DA DEMOKRATİYA NÜMUNƏSİ!

n

02/11/2011 - 09:12 "MANAS" BAZASINI AZƏRBAYCANA KÖÇÜRÜRLƏR?

n

27/10/2011 - 17:51 AZƏRBAYCAN QƏRBƏ QAZLA İRƏLİLƏMƏKDƏDİR...

n

26/10/2011 - 16:50 VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...

n

25/10/2011 - 11:25 QƏZZAFİNİ KİM CƏZALANDIRIR?

n

24/10/2011 - 10:26 ERMƏNİLƏR GÜRCÜSTANDA DA "SU BULANDIRIRLAR"

n

17/10/2011 - 13:15 SARKOZİDƏN BİZƏ NƏ QALDI?

n

17/10/2011 - 10:32 PARTİYALAR SİYASİ FONDLARINI YARATSINLAR

n

04/10/2011 - 11:09 SARKOZİ NƏ GƏTİRİR, NƏ APARACAQ?

n

03/10/2011 - 17:52 SİYASƏT, ŞEYTAN, DEMOKRATİYA

n

30/09/2011 - 14:20 "FELLER" "QAFQAZ BAHARI" BARƏDƏ AÇIQLAMA VERDİ


Google-də Axtar
FaktXeber-də Axtar

Günün Sitatı
ƏLİ KƏRİMLİ
"Azərbaycan hökumətinə yaxın bir qrup insanın xeyli sayda inanclı kəsimin sevdiyi şəxsi təhqir etməsi yanlış bir addımdır"
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

BİZƏ BU DA AZDIR
Aqil Mehdi
aqilmehdi@gmail.com

"EUROVİSİON" NƏ QƏŞƏY ŞEY İMİŞ
Emilya Tağıyeva

AŞKARDA ŞEYTANA LƏNƏT EDIB, GIZLINDƏ ONA ITAƏT ETMƏYƏK
Xəyal Şükür

BİRDƏN GEYLƏR "AZADLIQ" MEYDANINI İSTƏDİLƏR
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

ÖZ DƏRDİNƏ GÜLƏN İNSANLAR
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

FÜRSƏT, BU FÜRSƏT
 
Türk yazarlar
Fuat Türker

Allah Kadını İşitti
İbrahim Akın

Kadrolu Din Adamı Olunmaz
 
Arxiv



Valyuta Çevirici
Valyuta.com
 
Sayğac

Hava Haqqında
 


 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR  . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.