Zərdüştlüyü tərifləyən açıqlamalardan sonra indi də terroristlərə xristianlıq təbliğatı aparıldığı ortaya çıxıb
29-12-2011 / 12:37
FaktXeber.com-un Türkiyənin TRT kanalına istinadən verdiyi məlumata görə, PKK terror təşkilatının din mövzusundakı laxlamaları davam edir.
Şəhərlərdə tərəfdarlarına cümə namazları qıldırırlar. Dağda isə bizlər Zərdüştük, kürdlərin dini Zərdüştlükdür deyirlər.
Həcc ayı gəldikdə isə gözlərini Avropadakıların cibinə dikirlər. Təşkil etdikləri həcc toplamaları ilə təşkilata külli miqdarda maliyyə yığırlar.
Ancaq terroristlər əsl sifətləeini, Kandil dağında xristianlığı əks etdirən fiqurlarla çəkdirdikləri fotoşəkillərlə ortaya qoyub.
Təşkilatın terroristlərə burada xristianlığı təbliğatı etdiyi məlum olub.
Xristianlığı dəstəkləmək üçün təşkilat hər şeyi düşünüb. Ölən xristian terroristlər üçün qəbiristanlıqları belə var.
Terror təşkilatının İslamla problemi olduğu isə şübhəsizdir.
Məqsəd xalqı İslama düşmən etməkdir
Terroristlərə namaz qılmağı qadağan ediblər və bunu təslim olan terroristlər də etiraf edirlər. Təslim olan Rojhat kod adlı terrorist ifadəsində kütləvi itaətsizlik üçün qılınan cümə namazlarının əslində təşkilatın xalqı məsciddən uzaq saxlamaq taktikası olduğunu söyləyib.
İslama görə haram sayılan donuz ətini yeyən, namaza lağ edən terroristlərə aid bu fotoşəkillər isə yəqin ki geniş müzakirə mövzisi olacaq.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.