DÜNƏN BAKI ŞƏHƏRİNDƏ 32 CİNAYƏT FAKTI QEYDƏ ALINIB
29-12-2011 / 12:09
Bakı şəhər Baş Polis İdarəsindən FaktXeber.com-a verilən məlumata görə, dünən Bakı şəhərində 32 cinayət faktı qeydə alınıb ki, onların da 11-i "isti izlər"lə açılıb. Axtarışda olan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Bakı şəhər avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 1 nəfər yaralanıb. Bakı şəhər polis orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli olduğuna görə 10 nəfər tutulub.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.