FaktXeber.com-un Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Salyan rayonunda Ələt-Astara magistral yolunun 21-ci kilometrliyində İraq-Gürcüstan tranzit marşrutu ilə maye qaz daşıyan “Mercedes” markalı yük avtomobilinin aşması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən aşmış avtomobilin çənində 20 atmosfer təzyiqində 19,4 ton maye qaz olduğu məlum olub. Xəsarət alan olmayıb. Xilasedicilər hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görüb və avtomobilin qoşqudan ayrılmasını təmin ediblər. Çənin qaldırılması təhlükəli olduğundan bu əməliyyat bir qədər sonra həyata keçirilib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.