İşğalçı Ermənistan Ordusu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmaqda davam edir. Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 28-də saat 18.40-dan 18.44-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi, saat 20.30-dan 20.45-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.45-dən 22.50-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən FaktXeber.com-a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.