TELEKOMMUNİKASİYA TAARİFLƏRİ UCUZLAŞIB, POÇT RABİTƏ XİDMƏTLƏRİ BAHALAŞIB
Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsi açıqlama verib
28-12-2011 / 16:59
Dövlət Statistika Komitəsindən FaktXeber.com-a daxil olan məlumata görə, cari ilin noyabrda qeydə alınan mobil rabitə xidmətləri üzrə qiymət azalması oktyabrla müqayisədə 1,8 faiz təşkil edib. Bu da ümumilikdə telekommunikasiya sahəsi üzrə tariflərin 1,3 faiz azalmasına təsir edib.
Qeyd edilən dövrdə əhaliyə poçt rabitə xidmətlərinin göstərilməsi üzrə 0,4 faiz bahalaşma qeydə alınıb.
Məlumata əsasən, ilin əvvəlindən noyabra qədər mobil rabitə xidmətləri üzrə tariflərin 5,4 faiz, internet xidmətləri üzrə 11,3 faiz, stasionar telefon rabitə xidmətləri üzrə 1,2 faiz və universal rabitə xidmətləri üzrə 1,2 faiz azalması qeydə alınıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.