5 metrlik alliqator gözlənilmədən və ildırım sürəti ilə öz yuvasından çıxaraq, sahildə iş görən işçilərin əlindən otbiçən maşını alır və sonra da hovuzun dibinə girərək, bir saatdan çox onu saxlayır
28-12-2011 / 16:55
Avstraliya zooparklarının birində maraqlı bir hadisə baş verib. Belə ki, Elvis adlı timsah parkda iş görən fəhlənin əlindən otbiçən maşını alıb. Səbəbi isə maşının səsinin onu qıcıqlandırması olub. 5 metrlik alliqator elə sürətlə və gözlənilmədən öz yuvasından çıxıb aparatı ələ keçirir ki, işçi hadisəni sonradan anlayır. Timsah bundan sonra hovuzun dibinə girərək, bir saatdan çox apparatı saxlayır.
Hadisənin şahidi olmuş parkın menecerlərindən biri Tim Folkner bildirib ki, Elvisin yemək vaxtı gəlməsəydi, onu əmanət edilmiş inventarın sonunun nə olacağını düşünmək belə istəmir.
Timsahı kenquru ətinin köməyi ilə hovzun əks istiqamətinə cəlb etmək mümkün olub. Heyvanın başının qarışdığını görən Folkner cəld suya tullanaraq, otbiçən maşını götürüb.
Menecerin sözlərinə görə, timsah aparata ciddi xəsarət yetirsə də özü öz cəzasını alıb, belə ki, iki dişini itirib.
Zooparkın işçilərinin sözlərinə görə 50 yaşlı Elvis hər zaman əsəbi xüsusiyyəti ilə digərlərindən fərqlənib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.