Hazırda Beidou orbit qrupunun tərkibində 10 peyk var
28-12-2011 / 16:49
FaktXeber.com-un RİA Novostiyə istinadən verdiyi məlumata görə, Çinin Beidou peyk naviqasiya sistemi istismara verilib və dekabrın 27-dən etibarən istehlakçılara öz xidmətlərini göstərməyə başlayıb.
Sistemdən hələlik sınaq rejimdə istifadə edilir. Beidou peyklərinin əhatə dairəsinə yalnız Çin və yaxınlıqdakı ərazilər daxildir. Koordinatlar 25 metrədək dəqiqliklə müəyyənləşdirilir.
Hazırda Beidou orbit qrupunun tərkibində 10 peyk var. 2012-ci il ərzində orbitə daha 6 naviqasiya sisteminin çıxarılması planlaşdırılır. Bunun nəticəsində Asiya-Sakit Okean regionunun böyük hissəsini əhatə edə biləcək naviqasiya sistemi şəbəkəsi yaradılacaq.
ABŞ-ın GPS və Rusiyanın QLONASS naviqasiya sistemlərinin rəqibi olacaq Çinin yaratdığı Beidou qlobal naviqasiya sisteminə 2020-ci ilədək 30 peyk daxil olmalı və bütün dünya üzrə naviqasiya xidmətlərini təmin etməlidir.
Onu da qeyd etmək lazımdır ki, Avropa da öz peyk naviqasiya sistemini yaradır. Belə ki, cari ilin oktyabrında orbitə Galileo sisteminin ilk peykləri çıxarılıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.