Mavioğlu, "terror təşkilatını təbliğ etmək" cinayətindən həbs olunmuşdu
28-12-2011 / 16:45
FaktXeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədə jurnalist Ərtoğrul Mavioğlu, PKK liderlərindən Murad Karayılandan reportaj hazırlamışdı. "Radikal" qəzetində nümayiş olunan reportaja görə "terror təşkilatını təbliğatı etmək" cinayətindən həbs olunmuşdu. O, bu gün barəsində qaldırılan cinayət işindən bəraət alıb.
İstanbul Ağır Cinayətlər Məhkəməsində iştirak edən Ərtoğrul Mavioğlu bildirib ki, "Mən işimi yerinə yetirirdim. Sonda mənə terror təşkilatının təbliğatını edirsən demək, sən peşə vəzfəni yerinə yetirmə deməkdir. Mən terror təşkilatının təbliğatını etməmişəm."
Məhkəmə heyəti , jurnalist Ərtoğrul Mavioğlu və "Radikal" qəzetinin rəhbər şəxslərindən Hasann Kılıça "terror təşkilatı təbliğatı etmək" cinayətindən istinaq aparıldığını xatırladıb. Hər iki şübhəliyə bəraət verilib.
Qeyd edək ki, prokuror, Ərtoğrul Mavioğlu və Hasan Kılıç üçün 1,5 ildən 7,5 ilə qədər həbs cəza tələb etmişdi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.