Oktyabrda daşınmaz əmlak hüququ qeydiyyatı 40,8% artıb
28-12-2011 / 16:32
Əmlak Məsələləri Dövlət Komitəsindən FaktXeber.com-a daxil olan məlumata görə, bu ilin oktyabrında Azərbaycanda 12 580 əmlak hüququ qeydiyyata alınıb. Bu, ötən ilin eyni dövründən 3647 obyekt (40,8%) çoxdur. Əməliyyat artımının yarısı torpaq sahələri ilə bağlıdır.
Oktyabrda 4800 torpaq sahəsinə dövlət reyestrindən çıxarış verilib. Torpaq bazarında aktivlik 2010-cu ilin oktyabrı ilə müqayisədə 55,7% artıb.
Oktyabrda dövlət mənzil fondunda olan 4,3 mənzil özəlləşdirilib. Bu, ötən ilin eyni dövründən 20,4% çoxdur.
Bu ilin oktyabrında 2 830 (+56,3%) fərdi və bağ evləri üzrə əməliyyatlar qeydiyyata alınıb.
Bundan başqa, ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 12,3 min daşınmaz əmlak obyektinə texniki pasport verib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.