AZƏRBAYCAN VƏ TÜRKİYƏ BİRGƏ HƏRBİ MÜƏSSİSƏ YARADIR
Müdafiə təyinatlı məhsulların ixracını həyata keçirmək üçün
28-12-2011 / 15:21
FaktXeber.com-un Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Azərbaycan və Türkiyə arasında müdafiə təyinatlı məhsulların ixracını həyata keçirmək üçün birgə müəssisənin yaradılması yönündə danışıqlar aparılır. Danışıqlar Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və Türkiyənin Makina və Kimya Sənayesi Təşkilatı tərəfindən aparılır. Müəssisəsinin yaradılmasının 2012-ci ildə baş tutacağı bildirilir.
Aparılan danışıqlara görə, ilk əvvəl yeni yaradılmış müəssisə hər iki tərəfin müdafiə sənayesinin məhsullarının ixracını həyata keçirəcək. Daha sonra isə bu sahəyə başqa şirkətlər də qoşula bilərlər. Şirkət müstəqil şəkildə marketinq həyata keçirəcək və Türkiyə, Azərbaycan, həmçinin digər ölkələrdə tenderlərdə iştirak edəcək.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.