ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
MİSİR REALLIĞI | "QƏRB RƏSMİLƏRİNƏ TƏKLİF EDİRİK Kİ, KORRUPSİYAYA BULAŞMIŞ ƏLLƏRİ SIXMASINLAR" | VƏKİLİ JURNALİST NİCAT ƏLİYEVLƏ GÖRÜŞƏ BURAXILMIR | ƏLİ KƏRİMLİ | BEN LADENİN YERİNİ DEYƏN HƏKİM 30 İL MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLDİ | TELEKANALLAR PREZİDENTİN AİLƏSİNİ REKLAM ETMƏKDƏ İTTİHAM OLUNDU | MİSİRDƏ SEÇKİ MƏNTƏQƏSİNİN QARŞISINDA POLİS ÖLDÜRÜLÜB | İCTİMAİ PALATANIN ACLIQ AKSİYASINA YENİ QOŞULANLAR VAR | MİLLİ MƏCLİSİN NÖVBƏDƏNKƏNAR SESSİYALARI KEÇİRİLƏCƏK | BİZ BU CÜR ÖZBAŞINALIQLARA QARŞIYIQ |

Foto Xəbər
GİNNESİN REKORDLAR KİTABINA DÜŞƏN DÜNYANIN ƏN BÖYÜK HOVUZU
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

İnfoqrafika

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sağlamlıq

Sual-Cavab

Audio

Video

Ailə

Gündəm

Sorğu

Nəticələr

Ən Çox Oxunanlar

Ən Çox Şərh Olunanlar


 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 AZƏRBAYCAN TAMAŞAÇISI BU QƏDƏR TƏHQİR EDİLMƏMİŞDİ

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

Xəbərlərimiz Sosial Şəbəkədə

 
 
 
2011 AZƏRBAYCAN DİNDARLARININ YADINDA BELƏ QALACAQ
 
 


28-12-2011 / 13:51


Ölkəmiz 1920-ci ildə kommunist imperiyası tərəfindən işğal edildi. Bu işğal millətimizin mədəniyyətini, dinini, əqidəsini, milli-mənəvi dəyərlərini də öz çənginə aldı. Milli-mənəvi dəyərlərimiz bolşevizmin dinsizlik təcavüzünə məruz qaldı. Məscidlər dağıdıldı, anbarlara, sexlərə çevrildi, mədrəsələr qapadıldı, minlərlə ilahiyyatçılarımız, böyük din alimi və mütəxəssislərimiz güllələndi, sürgün edildi, həbsə alındı, ən yaxşı halda bu repressiyalardan yaxa qurtararaq vətəni tərk etməyə məcbur oldular.

70 il dinlə düşmənçilik edən bolşevik rejimi Azərbaycanda dini bilikləri səhnədən silib çıxardı, dini təhsili qadağan etdi, insanları dindən uzaq məsafədə saxladı. Yalnız dəfn mərasimlərini yola verəcək əndazədə yeni “molla” obrazı formalaşdırdı. Dini dəyərlər mənəvi həyatdan sıxışdırılaraq yalnız ölü yuyub, dəfnini keçirməklə məhdudlaşdırıldı. Hələ bu həddə olan “din” də SSRİ-nin xüsusi xidmət orqanlarının ciddi nəzarətinə alındı. Bir sözlə, din qadağan edildi və din alimlərimizə qarşı ən kəskin şəkildə repressiya siyasəti yürüdüldü.

Dinsiz kommunist imperiyası dağıldıqdan, ölkəmiz müstəqilliyini elan etdikdən sonra milli-mənəvi və dini dəyərlərimizin bərpası üçün əlverişli şərait yarandı. Üçrəngli bayrağımızda dinimizi tərənnüm edən yaşıl rəng bunun sanki müjdəçisi idi. Artıq dinimizi öyrənib-öyrətmək üçün qadağalar aradan qalxdı. Dindar əhali dini biliklərə olan tələbatını ödəmək üçün təbii ki, xarici dövlətlərə üz tutdular. Belə ki, 70 illik kommunist rejimindən çıxmış ölkəmizdə ali dini bilik verən tədris mərkəzləri, dini hövzələr yox idi. Bu sahədə hələ ilk kövrək addımlar atılırdı. Bu məqsədlə BDU-da İlahiyyat fakültəsi yaradıldı və QMİ tərəfindən İslam Universiteti təsis edildi. Amma elə onların özləri də həm xaricdən müəllimlər dəvət edir, həm də təhsillərinin təkmilləşməsi üçün öz tələbələrini xarici dövlətlərin tanınmış universitetlərinə göndərirdi. Bütün bunlar təbii idi. Bu minvalla çoxlu sayda gənc kadrlarımız dünyanın müxtəlif ölkələrində digər ixtisaslarla bərabər, din və ilahiyyat sahəsində təhsil alıb ölkəyə qayıtdı. Öz xalqına, cəmiyyətinə xidmət etmək üçün.

Amma təəssüflər olsun ki, əksər hallarda bu kadrlara münasibət heç də ürəkaçan olmadı. Ölkədən kənarda dini təhsil almaq üçün yollanan tələbələr dərhal xüsusi orqanların nəzarətinə götürülür, bir çox hallarda onlara potensial cinayətkar münasibəti bəslənilir və s. Nə üçün? Bəyəm onlar hamılıqla “qara siyahıya” düşüləsi şəxslərdi? Bəyəm onların təbliğ etdiyi dəyərlər elə bu millətin öz dini dəyərləri deyilmi? Bəyəm xaricdə təsir altına yalnız elə din sahəsində təhsil alanlar, üstəlik, yalnız İslam dinini öyrənənlər düşə bilər? Nə üçün çətinliklərlə vətəndən uzaqda, qərib eldə din təhsili alan vətəndaşlarımıza hələ bünövrədən belə skeptik və qeyri-səmimi münasibət bəslənilməli idi? Bəli, əgər onlar arasında ölkəmizin mənafeyinə zidd fəaliyyət göstərənlər olarsa, şübhəsiz ki, bunun qarşısı müvafiq orqanlar tərəfindən alınmalıdır. Həm də, ayrı-seçkilik qoyulmadan. Bu halda xaricdə dini təhsil alması amili deyil, onun bir fərd olaraq konkret addımları nəzərdə tutulur. Amma ölkədən kənarda dini təhsil almış vətəndaş qanun çərçivəsində fəaliyyət göstərirsə, nə üçün onun fəaliyyətinə qadağalar qoyulmalıdır? Kimsə qanunu pozursa, onun barəsində hüquq-mühafizə orqanları müvafiq ölçü götürür. İstər xaricdə təhsil alsın, istər almasın. Bunun onun təhsilinin harada almasına və hansı ixtisasa yiyələnməsinə nə dəxli ola bilər?

Kommunist imperiyası dağıldı, üstən 20 il ötdü, amma görünür din alimlərimizə, ilahiyyatçılarımıza qarşı bolşevik əhval-ruhiyyəli siyasət hələ də davam etməkdədir. Çünki din alimlərimizin əksəriyyəti obyektiv səbəblərdən məhz elə ölkədən kənarda təhsil alıblar. Son illərdə onlara qarşı gerçəkləşən siyasət göz qabağında. Ötən il orta məktəblərdə tətbiq edilən hicab qadağası və bu qadağaya din alimlərinin etirazları isə onlara qarşı yeni bir repressiya dalğasına səbəb oldu.

Dünyanın hər yerində din alimlərinə sayqı göstərilir. Bizdə isə İslami sferada bir problem meydana gəldikdə, onlar polis bölməsinə aparılır, təhdidlərlə, təqiblərlə üzləşirlər. Ölkədə dini azadlıqlarla bağlı, xüsusilə məktəblərdə, dövlət idarələrində hicab qadağasıyla bağlı yaranmış vəziyyətə təbii etiraz səsini çıxaran din alimlərimiz saxlanılır, hədələnir, təhqir edilir, etiraz dərəcəsi yüksəldikdə döyülür və hətta şərlənib həbsə atılır. Dünyanın harasında din aliminin cibindən narkotik maddə “tapıla” bilər? Deməli din alimlərinə qarşı repressiya siyasəti dəyişik formada davam edir. Amma nə üçün? Bəyəm xaricdə təhsil almış din alimləridirmi ölkənin sabitliyi üçün təhlükə? Tam əksinə, alimlərimiz dini mühitdə sabitliyin qarantıdır. Ötən il Məhərrəm ayını yada salaq. Məhz Məhərrəm ayı ərəfəsində Təhsil nazirliyinin göstərişilə orta məktəblərdə hicab qadağası tətbiq edildi. Bu qadağa dindar ailələri, vətəndaşları hiddətə gətirdi, məhərrəmlikdə coşan dini hisslər də buna təkan verdi ki, minlərlə dindar Tasua-Aşura günlərində küçələrə çıxıb etiraz aksiyası keçirsin. Dini kəsimlə əlaqəsi olan hər kəs üçün gün kimi aydın idi ki, vəziyyət kritik həddə gərgin idi. Lakin 14 dekabrda din alimlərimiz dini kəsimə birgə müraciət ünvanladı: “Siz əziz inanclılara çağırış edirik ki, təxribatlara yol verməmək üçün Tasua-Aşura günlərində hər hansı formada hicabla bağlı etiraz aksiyası keçirilməsin”. Müraciətə imza atmış 11 nüfuzlu ilahiyyatçıdan 8-i elə xaricdə təhsil almış alimlərimiz idi - Hacı İlqar İbrahimoğlu, Hacı Əhliman Rüstəmov, Hacı Yüsif Bağırov, Hacı Zülfüqar Mikayılzadə, Hacı Abgül Süleymanov, Hacı Ceyhun Cəfərov, Hacı Elşən Mustafaoğlu və Hacı Bəxtiyar Hüseynov. Bunlar o çətin günlərdə hər cür təxribata sipər olub, cəmiyyətdə sabitliyin təmin edilməsi üçün gecə-gündüz dindar qruplarla danışıqlar apardı. O dövrdə sabitliyin qorunmasında bu şəxslərin müstəsna rolu oldu. Amma təəssüflər ki, repressiya dalğası onlardan da yan keçmədi və bugün kimisi təqiblər içində, kimisi də zindanda, ailələri-övladları isə stress və qorxu içində. Beləmi qiymət verməliyik din alimlərimizə?

Təkcə 2011-ci ildə xaricdə İslam təhsili almış onlarla vətəndaş saxlanılıb, onlardan böyük bir hissəsi azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Bu sırada Mövsüm Səmədov, Azər Cəbiyev, Həsən Məmmədov, Fəxri İlyasov, İlqar Musayev, Tale Bağırov, Elşən Abbasov və sayı 20-ni keçən digər ilahiyyatçılarımız bu gün zindanlarda məhbusdurlar.
2011-ci ili sona vurduq. Bu il ərzində xaricdə təhsil almış neçə din alimimiz saxlanıldı, döyüldü, təhqir edildi, ailələri təhdid edildi, övladları təhsil hüququndan məhrum edildi, təqiblərə məruz qaldı, ölkəni tərk edib getdi və nəhayət müxtəlib adlarla həbsə alındı. İlahiyyatçılara, din alimlərinə qarşı belə bir münasibət doğrudurmu? Din alimlərimizin ailələri-övladları niyə qorxu içində yaşamalıdır? Özləri nə üçün cinayətkar kimi təqib olunmalıdır? İndi də rəsmi olaraq Milli Məclis yeni əlavə və düzəlişlərlə xaricdə İslam təhsili alanların fəaliyyətini qadağan edir, onları elə öz dini fəaliyyətlərinə görə potensial cinayətkara çevirir. Din alimlərimiz, ilahiyyatçılarımız bunamı layiqdir?

12 dekabr 2011-ci il tarixində dini fəlaiyyəti məhdudlaşdıran yeni qanun qüvvəyə mindi və İnzibati Xətalar Məcəlləsinin 300-cü maddəsinə dəyişikliklər edildi. Burada xaricdə dini təhsil almış vətəndaşlarımızın, din alimlərimizin payına düşən yeni qadağalar müəyyən edildi. Dəyişikliklərə görə, İslam dininə aid ayin və mərasimlərin Azərbaycan Respublikasından kənarda dini təhsil almış vətəndaşlar tərəfindən həyata keçirilməsinə görə inzibati məsuliyyət tətbiq edilir. Bu, hamılıqla tanınmış hüquq prinsiplərinin kobud surətdə pozulmasıdır. Belə ki, qanunla “İnsan Hüquqları üzrə Ümumi Bəyannamə”də (Universal Declaration of Human Rights), “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyası”nda (Convention for the Protection of Human Rights and Fundamental Freedoms), eləcə də Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş vicdan və din azadlığı, təhsil hüququ kobudluqla pozulur.
Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsində qeyd edilir ki, dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyilsə, sərbəstdir. Amma son əlavə və düzəlişlər Konstitusiyanın bu maddəsilə tamamilə ziddiyyət təşkil edir. Necə ola bilər ki, Konstitusiya sərbəst adlandırdığı halda, vətəndaş inzibati məsuliyyətinə cəlb edilsin? Ölkə konstitusiyası Əsas Qanunumuz deyilmi?

Din alimləri hər bir cəmiyyətdə hörmətlə qəbul edilir, kənarda və ya daxildə təhsil almasından asılı olmayaraq, cəmiyyətin möhtərəm, elitar təbəqəsi sırasında yer alır. Bu Amerikada da belədir, Avropada da, Asiya ölkələrində də. Təsəvvür edilə bilərmi ki, bir fransalı katolik keşiş Romada təhsil aldığına görə, ölkəsində ona vəz oxumaq qadağan edilsin. Yaxud, Norveçdə dini təhsil aldığına görə, isveçrəli lüteran kilsəsinə mənsub bir keşişin öz vətənində fəaliyyətinə qadağa qoyulsun? Ya da müsəlman ölkəsində dini təhsil aldığına görə Böyük Britaniyada bir imama məsciddə dini mərasim idarə etmək üçün qadağalar tətbiq edilsin. Bu olacaq iş deyil. Bəs Avropaya inteqrasiya iddiasında olan Azərbaycanda bu niyə olur?

Diqqəti çəkən başqa bir məqam isə sözügedən qadağanın İslam dininə aid edilməsidir. Konstitusiyamızın “Din və dövlət” adlanan 18-ci maddəsində qeyd edilir: “Bütün dini etiqadlar qanun qarşısında bərabərdir”. Bəs hanı bu bərabərlik? Hansı əsasla qadağalar məhz İslam dininə mənsub vətəndaşlara tətbiq edilir? Axı ölkəmizdə din dövlətdən ayrıdır və dövlət üçün, qanunvericiliyimiz üçün İslamla xristianlıq, yəhudilik, yaxud buddizm arasında heç bir fərq qoyulmamalıdır. Amma açıq şəkildə İslam dini ardıcıllarının əleyhinə bu fərq qoyuldu! Xristianlar, yəhudilər, buddistlər, krişnaistlər və başqaları ölkədən kənarda dini təhsil alıb Azərbaycanda dini fəaliyyət göstərə biləcək, müsəlmanlarsa bu zəmində inzibati məsuliyyətinə cəlb ediləcəklər. Külli məbləğdə cərimə və həbslərlə üzləşəcəklər. Bəs konstitusiyanın “Bütün dini etiqadlar qanun qarşısında bərabərdir” müddəası? Qəribə bərabərlikdir. Heç analoqu yoxdur.

İl sona çatdı. Amma problemlər yox. Ümid edək ki, yeni 2012-ci ildə İslam alimlərinə qarşı siyasət müsbət mənada dəyişəcək və bütün dünyada olduğu kimi, bizdə də ilahiyyatçılarımız öz ixtisasları sahəsində ölkədə sərbəst fəaliyyət göstərəcəklər.

N.Cavadlı


 

Şərh et

Çap variantı

Rəylər

Əsas bölmədəki digər xəbərlər.

n

22/05/2012 - 16:53 RUSİYANI RƏSMİ BAKIYA QARŞI TƏSİRETMƏ MEXANİZMİ!

n

18/05/2012 - 15:11 ADİ KAĞIZ PARÇASINA ÇEVRİLƏN MƏHKƏMƏ QƏRARLARI

n

16/05/2012 - 12:46 BİZ BAKIYA NİYƏ YIĞIŞMIŞIQ?

n

14/05/2012 - 10:47 PUTİN QARABAĞ KARTI ÜZƏRİNDƏ QƏBƏLƏ RLS RAZILAŞMASINA GEDƏ BİLƏR

n

08/05/2012 - 18:54 HOLLAND BİZƏ NƏ VERƏCƏK?

n

08/05/2012 - 15:39 FRANSANIN XARİCİ SİYASƏTİ DƏYİŞƏ BİLƏRMİ?

n

04/05/2012 - 14:00 "AZƏRBAYCANDA DEMOKRATİK SİSTEM OTURUŞMAYINCA..."

n

02/05/2012 - 13:19 PORNOQRAFİYA HAQQINDA BUNLARI BİLİRİKMİ?

n

01/05/2012 - 14:09 ÇİN ABŞ-a NİYƏ MEYDAN OXUYUR?

n

27/04/2012 - 19:00 QƏRB TÜRKİYƏNİ OYUNA SALIB

n

23/04/2012 - 18:46 DİN-in İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ İDARƏSİ OXUCUMUZUN MƏQALƏSİNƏ CAVAB VERDİ

n

18/04/2012 - 14:46 "AZƏRBAYCANI BÖYÜK TƏHLÜKƏ GÖZLƏYİR!"

n

18/04/2012 - 14:30 REGİONÇULUQ BƏLASI

n

17/04/2012 - 13:06 AZƏRBAYCAN QADINININ DUBAYA GEDƏN YOLU

n

16/04/2012 - 15:44 "BMT QARABAĞLA BAĞLI 5-Cİ QƏTNAMƏ QƏBUL ETSƏ BELƏ, HEÇ NƏ DƏYİŞMƏYƏCƏK"

n

14/04/2012 - 17:42 ABŞ, BMT VƏ FRANSANIN "İŞĞAL DƏHLİZİ" XORU

n

12/04/2012 - 14:00 "QƏBƏLƏ RLS ÜÇÜN AZƏRBAYCANDAN ƏLVERİŞLİ YER YOXDUR"

n

10/04/2012 - 17:53 "SİYASİ PARTİYALAR HAQQINDA QANUN PARTİYALARA YOX, YAP-a AİDDİR"

n

10/04/2012 - 13:53 NBC KANALI: AZƏRBAYCAN İRANA QARŞI QƏRBİN CASUSLUQ YUVASIDIR

n

08/04/2012 - 13:18 NAZİR-OLİQARXLARIN SONUNU GƏTİRƏN QƏRAR

n

07/04/2012 - 14:32 MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİNİN AZƏRBAYCAN ƏMƏLİYYATLARI

n

04/04/2012 - 13:42 "RUSİYA AZƏRBAYCANDAN BAZASI ÜÇÜN YER İSTƏYİR"

n

31/03/2012 - 15:24 BİZİM TƏHLÜKƏSİZLİYİMİZİ KİM QORUYUR?

n

30/03/2012 - 15:42 "EVROVISION" AYNASINDA TƏHLÜKƏSİZLİK ÇATI

n

30/03/2012 - 14:50 "FİNANCİAL TİMES" İNDİ DƏ ƏRDOĞANDAN YAZDI

n

29/03/2012 - 17:33 "HAKİMİYYƏTİN QƏRBƏ MEYLLƏNMƏSİ XALQIMIZ ÜÇÜN ÇOX PİS OLA BİLƏR"

n

29/03/2012 - 12:01 ƏMANƏTLƏRİN QAYTARILMASI İLƏ BAĞLI 6 VACİB MƏQAM

n

27/03/2012 - 09:16 ƏMANƏTLƏRİN QAYTARILMASI İNFİLYASİYAYA NECƏ TƏSİR EDƏCƏK

n

19/03/2012 - 15:33 AZƏRBAYCAN QAZ SİYASƏTİNDƏ AB-nin MARAQLARINI NƏZƏRƏ ALACAQ

n

16/03/2012 - 12:23 BANKLARDA MARAQLI "AVRO" PROSESİ BAŞLAYIB

n

15/03/2012 - 13:18 ALMANİYALI NAZİRİN AZƏRBAYACANI SƏFƏRİ NƏYİ DƏYİŞƏCƏK?

n

12/03/2012 - 16:00 "AZƏRBAYCAN KONKRET OLARAQ ABŞ, İSRAİL VƏ QƏRBƏ TƏRƏF ADDIMLAR ATIB"

n

10/03/2012 - 15:53 "QARABAĞ MƏSƏLƏSİ HAVADA QALIB"

n

07/03/2012 - 13:53 "MƏMURLARIN 99%-i QUBA İCRA HAKİMİ SƏVİYYƏLİ ADAMLARDIR"

n

06/03/2012 - 17:15 RUSİYA BAHARININ BAŞ TUTMASI MÜMKÜN DEYİL

n

02/03/2012 - 13:07 "XALQ HAKİMİYYƏT SƏVİYYƏSİNDƏ ALDADILIR"

n

28/02/2012 - 15:44 "SÜLH VƏ MÜHARİBƏ QARABAĞI İTİRMƏYİMİZƏ SƏBƏB OLACAQ"

n

21/02/2012 - 17:35 "TÜRKİYƏ 1980-Cİ İLLƏRİN HƏRBİ AVTORİTAR REJİMİNƏ QAYIDIR"

n

20/02/2012 - 14:35 BARIŞ İSTƏYƏN, SƏHƏRDƏN AXŞAMA QƏDƏR ERMƏNİNİ SÖYMƏZ

n

17/02/2012 - 16:47 BMT 4 QƏTNAMƏ İLƏ AZƏRBAYCANI BAŞDAN EDİB

n

17/02/2012 - 13:06 PROSESLƏR SURİYA İLƏ BİTMƏYƏCƏK

n

17/02/2012 - 12:42 ASİF ATANIN İNSANLAŞMA VƏ İNSANLAŞDIRMA "DÜSTURU"

n

14/02/2012 - 14:45 KİSSİNCER: SURİYA XALQININ ƏKSƏRİYYƏTİ ƏSƏDİ SEVİR, BU ÖLKƏNİ DAXİLDƏN ODLAMAQ LAZIMDIR

n

07/02/2012 - 16:13 "ƏRƏB ÖLKƏLƏRİNDƏ DƏ AZƏRBAYCAN HAKİMİYYƏTİNİN DEDİKLƏRİ SÖYLƏNİLİRDİ"

n

06/02/2012 - 13:08 HAKİMİYYƏTİN QARABAĞLA BAĞLI ƏN CİDDİ SƏHVİ

n

03/02/2012 - 13:43 "ERMƏNİLƏR ÜRƏKLƏRİNİ BUZ KİMİ SAXLASINLAR"

n

02/02/2012 - 17:33 SARKİSYAN VƏ KÖÇƏRYANIN ADLARININ XOCALI QATİLLƏRİNİN SİYAHISINDA OLMAMASININ SƏBƏBLƏRİ BƏLLİ OLDU

n

02/02/2012 - 15:15 "ÖLKƏNİN XARİCİ SİYASƏTİ İLƏ BAĞLI QƏRAR VERƏN İNSANLAR XALQDAN TƏCRİD OLUNUBLAR"

n

01/02/2012 - 15:12 RUSİYADAN ÖLKƏMİZƏ SOSİAL BƏLA GƏLİR!

n

30/01/2012 - 11:56 AZƏRBAYCAN VƏ TÜRKİYƏ ARASINDA PROBLEMLƏR VAR

n

27/01/2012 - 14:01 HAKİMİYYƏTİN ƏNDRƏBADİ MÜQAYİSƏLƏRİ

n

27/01/2012 - 13:23 TÜRKİYƏ NƏ ETMƏLİDİR?

n

27/01/2012 - 12:01 NAXÇIVAN KLANININ RƏSUL QULİYEV PLANI

n

24/01/2012 - 17:54 AZƏRBAYCANIN TÜRKİYƏYƏ VƏFA BORCU VAR

n

24/01/2012 - 17:29 AZƏRBAYCAN TƏRƏFİ UDUZA BİLƏR

n

23/01/2012 - 10:25 "QƏBƏLƏ RLS HƏM DƏ TÜRKİYƏYƏ QARŞI YÖNƏLİB"

n

21/01/2012 - 16:01 RAFİQ TAĞININ QƏTLİ BARƏDƏ APARILAN TƏDQİQATIN NƏTİCƏLƏRİ AÇIQLANDI

n

19/01/2012 - 16:12 AVROPA MƏRKƏZİNDƏ OTURAN SARKOZİNİN ORTA ƏSR TƏFƏKKÜRÜ

n

19/01/2012 - 13:39 BİR AYIN İKİ ZİDDİYYƏTLİ ADDIMI

n

10/01/2012 - 18:12 "TÜRKİYƏ HAKİMİYYƏTİNDƏN EHTİYAT EDİRƏM"

n

10/01/2012 - 14:29 ABŞ-ın İRANLA BAĞLI YEGANƏ MƏQSƏDİ!

n

06/01/2012 - 15:40 MDB-nin TALEYİ NECƏ OLACAQ?

n

29/12/2011 - 16:24 2011-Cİ İLİN İQTİSADİ YEKUNLARI; QAZANCIMIZ VƏ İTİRDİKLƏRİMİZ

n

29/12/2011 - 15:05 VƏTƏNDAŞ CƏMİYYƏTİ VƏ VİCDAN AZADLIĞI HAQDA MÜLAHİZƏLƏR...

n

29/12/2011 - 13:29 2011-Cİ İL ƏRƏB TİRANLARININ DEVRİLDİYİ VƏ AVROPANIN BÖHRAN İLİ

n

28/12/2011 - 15:06 "DOVŞAN" BİZİ QOVUB "ƏJDAHA"NIN AĞZINA SALDI

n

28/12/2011 - 13:51 2011 AZƏRBAYCAN DİNDARLARININ YADINDA BELƏ QALACAQ

n

24/12/2011 - 11:05 DEMOKRATİYA ÖZÜNÜ DƏ MƏHV ETMƏYƏ QADİRDİR

n

24/12/2011 - 10:37 AYDIN BALAYEV: BOLŞEVİZM, NİHİLİZM, YOXSA DOQMOSEKULYARİZM?

n

23/12/2011 - 17:01 "HAKİMİYYƏT UŞAQ XƏSTƏLİYİNƏ TUTULUB"

n

22/12/2011 - 16:18 "İŞĞALÇI ELAN ELƏDİYİMİZ TƏRƏFDAŞIMIZ OLA BİLMƏZ"

n

22/12/2011 - 13:07 QARABAĞ ERMƏNİLƏRİ ÜÇÜNCÜ TƏRƏF KİMİ QƏBUL OLUNARSA...

n

20/12/2011 - 17:56 "BƏLKƏ BERNARD FASYEYƏ HEYKƏL QOYAQ?"

n

19/12/2011 - 14:44 YAXIN İLLƏRDƏ ÖLKƏDƏ ÇOX ŞEYLƏR DƏYİŞƏCƏK!

n

17/12/2011 - 13:03 PREZİDENT SEÇKİLƏRİ 2013-CÜ İLDƏN TEZ OLA BİLƏR

n

15/12/2011 - 14:48 HAKİMİYYƏTİN QARABAĞ MARAĞI

n

15/12/2011 - 13:19 İRANDA MÜHARIBƏ OLARSA...

n

13/12/2011 - 10:53 ƏLİMİZƏ RLS-dən QURTULMAQ FÜRSƏTİ DÜŞÜB

n

12/12/2011 - 14:07 RUSİYA İNQİLAB İSTƏYİRMİ?

n

12/12/2011 - 13:23 "KLİNTONA NÖVBƏTÇİ MİLLƏT VƏKİLLƏRİ CAVAB VERƏCƏK"

n

10/12/2011 - 13:13 GÜRCÜSTANIN BAŞI ÜZƏRİNDƏ QARA BULUDLAR DOLANIR

n

10/12/2011 - 12:07 QARABAĞ PROBLEMİ DEYİLƏN BİR ŞEY YOXDUR!

n

09/12/2011 - 16:51 RUSİYADA ETİRAZ EDƏNLƏR KİMLƏRDİR?

n

05/12/2011 - 10:53 RUSİYANIN "İDARƏ OLUNAN" DEMOKRATİYASI

n

24/11/2011 - 11:08 "TRANSXƏZƏR"İN DÜSTURU: 2+2+1

n

23/11/2011 - 14:29 LƏĞV OLUNMAMIŞ PROBLEM

n

19/11/2011 - 10:34 AVROPA PARLAMENTİNİN QARABAĞ QƏTNAMƏSİ NİYƏ GECİKİR?

n

11/11/2011 - 16:22 AMERİKANIN "DEMOKRATİK SEÇKİ"Sİ EURONEWS BAXIŞI İLƏ

n

10/11/2011 - 13:46 MÜHARİBƏSİZ SÜLH İMKANLARI

n

02/11/2011 - 09:58 BU DA DEMOKRATİYA NÜMUNƏSİ!

n

02/11/2011 - 09:12 "MANAS" BAZASINI AZƏRBAYCANA KÖÇÜRÜRLƏR?

n

27/10/2011 - 17:51 AZƏRBAYCAN QƏRBƏ QAZLA İRƏLİLƏMƏKDƏDİR...

n

26/10/2011 - 16:50 VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...

n

25/10/2011 - 11:25 QƏZZAFİNİ KİM CƏZALANDIRIR?

n

24/10/2011 - 10:26 ERMƏNİLƏR GÜRCÜSTANDA DA "SU BULANDIRIRLAR"

n

17/10/2011 - 13:15 SARKOZİDƏN BİZƏ NƏ QALDI?

n

17/10/2011 - 10:32 PARTİYALAR SİYASİ FONDLARINI YARATSINLAR

n

04/10/2011 - 11:09 SARKOZİ NƏ GƏTİRİR, NƏ APARACAQ?

n

03/10/2011 - 17:52 SİYASƏT, ŞEYTAN, DEMOKRATİYA

n

30/09/2011 - 14:20 "FELLER" "QAFQAZ BAHARI" BARƏDƏ AÇIQLAMA VERDİ


Google-də Axtar
FaktXeber-də Axtar

Günün Sitatı
ƏLİ KƏRİMLİ
"Azərbaycan hökumətinə yaxın bir qrup insanın xeyli sayda inanclı kəsimin sevdiyi şəxsi təhqir etməsi yanlış bir addımdır"
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

BİZƏ BU DA AZDIR
Aqil Mehdi
aqilmehdi@gmail.com

"EUROVİSİON" NƏ QƏŞƏY ŞEY İMİŞ
Emilya Tağıyeva

AŞKARDA ŞEYTANA LƏNƏT EDIB, GIZLINDƏ ONA ITAƏT ETMƏYƏK
Xəyal Şükür

BİRDƏN GEYLƏR "AZADLIQ" MEYDANINI İSTƏDİLƏR
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

ÖZ DƏRDİNƏ GÜLƏN İNSANLAR
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

FÜRSƏT, BU FÜRSƏT
 
Türk yazarlar
Fuat Türker

Allah Kadını İşitti
İbrahim Akın

Kadrolu Din Adamı Olunmaz
 
Arxiv



Valyuta Çevirici
Valyuta.com
 
Sayğac

Hava Haqqında
 


 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR  . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.