FaktXeber.com xəbər verir ki, son yeddi ildə orta məktəb məzunlarının sayı 27635 nəfər azalıb. Bu ildə isə ümumtəhsil müəssisələrinin 95473 məzunu olub. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 107484 abituriyent ərizə verib. Ərizələrin sayı ötən illə müqayisədə 4,47 % azalıb. Sənəd verənlərin sayı isə 5024 nəfər azalıb və onların 4375 nəfəri orta ixtisas, 474 nəfəri ali, qalanları isə orta təhsillidir.
TQDK sədri deyib ki, abituriyentlərin 49,79 faizi, yəni 53516 nəfəri oğlan, 50,21 faizi, yəni 53968 nəfəri qızdır.
Məleykə Abbaszadə həmçinin bildirib ki, 2011-2012-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə 31419 tələbə qəbulu planlaşdırılmışdı. Bunlardan 54 yer qəbul imtahanlarında müsabiqədən kənar iştirak edən abituriyentlər tərəfindən tutulub. Qalan 21223 yer Azərbaycan, 2615 yer rus bölməsinə ayrılıb. 7527 yer isə hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulub. Qəbul planının 26384 yeri dövlət, 5035 yeri isə özəl ali təhsil müəssisələrinin payına düşür. 10516 yer ali təhs müəssisələrində dövlət sifarişi əsasında nəzərdə tutulmuşdu. Bundan 54 yer qəbul imtahanlarında müsabiqədən kənar iştirak edən tələbələr tərəfindən tutulub. Ümumilkdə isə bu il ali təhsil müəssisələrinə müsabiqədə iştirak etmək üçün hüququ qazananların 86,96 %-i Azərbaycan, 13,04%-i rus bölməsinin abituriyentləri olub. Birgə müsabiqə üçün yerləri nəzərə almasaq, bu bölmələrə ayrılmlş qəbul planının 89,03%-i Azərbaycan, 10,97%-i rus bölməsinin payına düşür.
TQDK-nin sədri söyləyib ki, builki qəbul imtahanlarının nəticələrinə əsasən, ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında ayrılan 10 462 plan yerinə 9 601 abituriyent qəbul olub. Plan 91,77% yerinə yetirilib. Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında 5433 abituriyen 500-dən, o cümlədən 1540 abituriyent 600-dan yuxarı bal toplayıb. Bu il orta məktəbi bütün fənlərdən "3" qiyməti ilə başa vuran məzunların 92,52% qəbul imtahanlarında da nəticələri zəif olub – 0-200 bal. "5" qiyməti ilə bitirən məzunların isə yalnız 65,12% attestat qiymətlərini təsdiqləyib.
***
- 13.13: Bu yaxınlarda təsdiqlənməsi gözlənilən 10 illik Milli Təhsil Strategiyasında orta təhsilin müddətinin 12 il olması təklif edilib. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə çərşənbə günü 2011-ci ili üzrə tələbə qəbulunun yekunlarına həsr olunan tədbirdə çıxışı zamanı deyib. Abbaszadə bildirib ki, amma bu məsələ hələ müzakirə olunur.
Təhsil Nazirliyinin Kənd rayonları üzrə ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov isə çıxışında bildirib ki, orta təhsil pilləsinin 12 il nəzərdə tutulması mütərəqqi haldır. Amma 12 illik təhsil müddəti icbari ola bilməz. Bu halda icbari təhsil yalnız 10 il ola bilər.
Qeyd edək ki, hazırda Azərbaycanda orta təhsilin müddəti 11, icbari təhsilin isə 9 ildir.
Nicat Xaliqoğlu