Novella Cəfəroğlu: "Təbii ki, islamçıların da hüquqları müdafiə olunmalıdır. Həqiqətən islamçıların işləri düzgün aparılmayıb"
28-12-2011 / 11:33
Avropa Şurasının və beynəlxalq təşkilatların kifayət qədər müraciətlərinə baxmayaraq, ölkə başçısı İlham Əliyevin imzaladığı əfv fərmanında adı siyasi məhbus siyahısında olan sadəcə 3 nəfər var idi. Bəs Azərbaycan hakimiyyəti siyasi məhbusları nəyə görə azad etmədi?
Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü və hüquq müdafiəçisi Novella Cəfəroğlu, əfv fərmanının təkcə siyasi məhbuslara şamil olunmadığını bildirdi: “Əfv fərman həmişə və hər il Azərbaycan üçün lazımdır. Əfv olunan şəxslər içərisində 3 nəfər məhbusun adları bizim siyahıda idi. Başa düşmək lazımdır ki, bu məsələdə beynəlxalq təşkilatların yardımları olduqca azdır. Həmin təşkilatların hakimiyyətə təsir imkanları zəifdir. Siyasi məhbuslarla bağlı hökumətlə dialoqa getmək lazımdır. Monitorinq qrupu olaraq biz bu məsələ ilə mübarizəmizi davam etdiririk. Ümid edirəm ki, mart ayına qədər siyasi məhbusların azad olunacaq. Biz bütün qüvvəmizlə çalışacağıq ki, mart ayına qədər prezidentlə görüşək. Çünki bu məsələlərin həlli bir başa prezidentdən asılıdır. ”
Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun siyasi məhbus saydığı 27 şəxs arasında AİP sədrinin və islamçılarının adına rast gəlinmir. Ölkənin aparıcı partiya, təşkilat və hüquq müdafiəçilərinin islamçıları siyasi məhbus kimi təsdiq etdiyi halda, Monitorinq Qrupunun islamçıların adını siyasi məhbus siyahısına salmaması məsələsinə də aydınlıq gətirən Novella xanım, islamçılarla bağlı prezidentə ayrıca bir məktub yazdıqlarını bildirdi: “Təbii ki, islamçılarında hüquqları müdafiə olunmalıdır. Həqiqətən islamçıların işləri düzgün aparılmayıb. Onların məhkəməsi yenidən keçirilməlidir və düzgün məhkəmə aparılmalıdır.”
olkede duzgun mehkeme varki,onu ya yeniden apardilar, ya aparmadilar.indikiler hakim olanda qanunun aliliyin qorumaga and icmirler.ruüvet verdiyi yuxaridaki memurun sozunden cixmamaga and icirler.odu ki,Allaha penah.Allah bu milleti qeflet yuxusundan oyatsin.Amin!
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.